Bank Of Baku

Üzeyir Hacıbəylinin “Ləzgi rəqsi” partiturası ilk dəfə nəşr edilib - FOTO

Üzeyir Hacıbəylinin “Ləzgi rəqsi” partiturası ilk dəfə nəşr edilib - <font color=red>FOTO</font>
# 23 sentyabr 2010 10:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Mədəniyyət və Turizm Nazirliyinin maddi dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq professional və milli musiqimizin banisi, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin “Ləzgi rəqsi” partiturasını (1932) nəşr etdirib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, Üzeyir Hacıbəylinin 125 illiyinə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 24-də bəstəkarın “Ləzgi rəqsi”nin ilk nəşrinin təqdimat mərasimi keçiriləcək. Tədbirdə muzeyin hazırladığı Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına həsr olunmuş sərgi və slayd şou nümayişi nəzərdə tutulur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xalq çalğı alətləri orkestrinin bədii rəhbər (Gulağa Zeynalov) ifasında Üzeyir Hacıbəylinin “Ləzgi rəqsi”, “Koroğlu” uvertürası, “Sevgili canan“ romansı, “Qaragöz”, “Sən o yanda, mən bu yanda” mahnıları səslənəcək, “Günay” Uşaq Teatrı “Arşın mal alan“ musiqi komediyasından fraqmentlər ifa edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR