Bank Of Baku

Akademik Dövlət Milli Dram Teatrında əsaslı təmir işləri başa çatıb

Akademik Dövlət Milli Dram Teatrında əsaslı təmir işləri başa çatıb
# 23 sentyabr 2010 15:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aparılan əsaslı təmir işləri başa çatıb. Teatrın direktoru İsrafil İsrafilov APA-ya bildirib ki, hazırda teatrın fasadında tamamlanma işləri gedir. Teatrın daxilində isə artıq müasir texniki avadanlıqların, işıq sisteminin qurulması prosesi aparılır. İsrafil İsrafilovun sözlərinə görə, təxminən 10 gündən sonra artıq teatrda yerləşdirilmə və kollektivin təmir olunmuş binaya köçməsi prosesinə başlanılacaq. Teatr rəhbəri bildirib ki, kollektiv tam yerləşdikdən sonra tamaşaçı zövqünü oxşayacaq tamaşalar hazırlanacaq. Ancaq teatrın açılışı bu il üçün nəzərdə tutulmayıb. Teatr yeni formada tamaşaçıların üzünə yeni ilin mart-aprel aylarında açılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR