Bank Of Baku

15 yaşlı azərbaycanlı musiqiçi məşhur solistlər Aleksandr Şaykin və Nikolas Rexrothla eyni səhnəni bölüşüb

15 yaşlı azərbaycanlı musiqiçi məşhur solistlər Aleksandr Şaykin və Nikolas Rexrothla eyni səhnəni bölüşüb
# 25 sentyabr 2010 09:14 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Sentyabrın 24-də Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib. APA-nın məlumatına görə, konsert “Üzeyir Hacıbəyli – 125” Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunub. Azərbaycanın xalq artisti Rauf Abdullayevin idarə etdiyi konsertdə solist qismində Aleksandr Şaykin (Rusiya), Nikolas Rexroth (Almaniya), Rüstəm Zeynalov (Azərbaycan) çıxış ediblər. Proqramda L.W. Bethovenin əsərləri səslənib.

Qeyd edək ki, konsertin solistlərindən biri olan Rüstəm Zeynalov festivalın ən azyaşlı iştirakçılarından hesab olunur. O, 1995-ci ildə Bakı şəhərindən anadan olub və hazırda Bülbül adına Orta İxtisas Musiqi məktəbinin şagirdidir. R. Zeynalov eyni zamanda prezident təqaüdçüsüdür və respublika gənc pianoçular müsabiqəsinin laureatıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR