Bank Of Baku

Dövlət İncəsənət Muzeyində Fortepiano musiqisi axşamı keçirilib

Dövlət İncəsənət Muzeyində Fortepiano musiqisi axşamı keçirilib
# 25 sentyabr 2010 15:57 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Üzeyir Hacıbəyli-125” Beynəlxalq Musiqi Festivalı çərçivəsində Rüstəm Mustafayev adına Dövlət İncəsənət Muzeyində Fortepiano musiqisi axşamı keçirilib.

APA-nın məlumatına görə, konsertdə əməkdar artist, beynəlxalq müsabiqələr laureatı, Bakı Musiqi Akademiyasının dosenti Murad Hüseynov çıxış edib.

Tədbirdə Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərləri səslənib. M.Hüseynovun ifaları sürəkli alqışlarla qarşılanıb. İfaçı APA-ya açıqlamasında bildirib ki, bu festivalda iştirak onun üçün şərəflidir.

Qeyd edək ki, “Üzeyir Hacıbəyli-125” Beynəlxalq Musiqi Festivalı sentyabrın 28-də başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR