Bank Of Baku

“İz... Qala” sənədli filmi Sankt-Peterburqda keçiriləcək “Mədəni irs – yaddaş saxlancı” beynəlxalq seminarın proqramına daxil edilib

“İz... Qala” sənədli filmi Sankt-Peterburqda keçiriləcək “Mədəni irs – yaddaş saxlancı” beynəlxalq seminarın proqramına daxil edilib
# 28 sentyabr 2010 09:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Salnamə” studiyasında rejissor Şamil Əliyevin çəkdiyi “İz... Qala” sənədli filmi Sankt-Peterburq şəhərində keçiriləcək “Mədəni irs – yaddaş saxlancı” beynəlxalq seminarın proqramına daxil edilib. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, seminar oktyabrda baş tutacaq. “İz...Qala” sənədli filmin ssenari müəllifi Nadir Bədəlov, operatoru Elşən Əliyevdir.

Qeyd edək ki, Bakı ətrafı kəndlərdən biri Qalanın qədim tarixini əks etdirən zəngin memarlıq nümunələri və etnoqrafik material burada qoruq ərazisi yaratmaq layihəsini reallaşdırmağa imkan verib. Heydər Əliyev Fondunun səyi nəticəsində tez zamanda bu ərazi xalqın tarixinə maraq göstərənlər üçün ziyarət yerinə çevrilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR