Bank Of Baku

“Üzeyir Hacıbəyli – 125” Beynəlxalq Musiqi Festivalına yekun vurulub - FOTO

“Üzeyir Hacıbəyli – 125” Beynəlxalq Musiqi Festivalına yekun vurulub - <font color=red>FOTO</font>
# 29 sentyabr 2010 07:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Sinqapurun “Tang” simli kvarteti Azərbaycana səfər edib. APA-nın məlumatına görə, kvartet Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış edib. “Üzeyir Hacıbəyli-125” Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutan proqramda Bethovenin “Böyük fuqa Or.133”, Firəngiz Əlizadənin “Oazis” və “Muğamsayağı”, Barberin “Simli kvartet Or.11” əsərləri ifa olunub. Sinqapurlu musiqiçilərin ifası ilə 10 gün davam edən “Üzeyir Hacıbəyli-125” Beynəlxalq Musiqi Festivalına yekun vurulub.

Qeyd edək ki, Sinqapurun “Tang” simli kvartetində Yu-Ying NG, Chek Men ANG, Han Ling Oh və Leslie Tan təmsil olunublar. Sinqapurun ilk klassik simli kvarteti olan “Tang” 1992-ci ildə yaradılıb. Kvartet yarandığı gündən dünyanın bir çox ölkələrində çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR