Bank Of Baku

“Sahə” bədii filmi “Asia Pacific Screen Awards”ın müsabiqə proqramına daxil edilib

“Sahə” bədii filmi “Asia Pacific Screen Awards”ın müsabiqə proqramına daxil edilib
# 29 sentyabr 2010 09:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Nərimanfilm” kinostudiyasının istehsalı olan “Sahə” bədii filmi (ssenari müəllifi və quruluşçu-rejissor İlqar Safat) Asia Pacific Screen Awards (APSA)-ın müsabiqə proqramına daxil edilib. “Nərimanfilm”dən APA-ya verilən məlumata görə, Asia Pacific Screen Awards (APSA) Asiya və Sakit Okean regionunun kino sənayesini tam əhatə edərək geniş tamaşaçı kütləsinə regionda kino sahəsində görülən işlər haqqında məlumat verməklə yanaşı kino bazarının genişləndirilməsi məqsədini daşıyır. “Sahə” bədii filmi (The Precinct) məşhur fotoqrafın öz uşaqlıq dövrünə olan mistik səyahətindən danışır. Film Azərbaycan (Nərimanfilm) və Gürcüstan (Georgianfilm və Bagirafilms) ölkələrinin müştərək istehsalı olub, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi və həmçinin, PAŞA Bank-ın iştirakı ilə ərsəyə gətirilib. Filmdə baş rolları Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu (Azərbaycan) ifa ediblər. Quruluşçu operatorlar Konstantin (Mindia) Esadze və Varlam Karçxadze; quruluşçu rəssamlar Rəna Əffəndi və Törəxanım Ağabəyova; bəstəkar Andrey Doynikov; filmin prodüseri Nəriman Məmmədovdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR