Bank Of Baku

Azərbaycanlı operator Avropa Kino Akademiyasına üzv seçilib

Azərbaycanlı operator Avropa Kino Akademiyasına üzv seçilib
# 30 sentyabr 2010 08:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Azərbaycanfilm” kinostudiyasının baş operatoru, əməkdar incəsənət xadimi Kənan Məmmədov (Əziz) Avropa Kino Akademiyasına üzv seçilib. APA-nın məlumatına görə, o, Avropa Kino Akademiyasında Azərbaycan kinosunu təmsil edən ilk şəxsdir. Qeyd edək ki, sözügedən Akademiya 1989-cu ildə İsveç rejissoru İnqmar Berqmanın təşəbbüsü ilə yaradılıb. Dekabrın 3-5-də Estoniyanın paytaxtı Tallinndə Avropa Kino Akademiyasının tədbiri keçiriləcək və tədbirdə Kənan Məmmədov da iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR