“Həzrət Yusif” filminin ssenari müəllifi və baş rejissoru Fərəcullah Sələhşur: “Serial 7 ilə çəkilib” – EKSKLÜZİV - MÜSAHİBƏ - FOTOSESSİYA
- “Həzrət Yusif” serialı Azərbaycanda böyük maraqla qarşılanıb. Filmin belə maraqla qarşılanması Sizə necə təsir bağışlayır?
- Mən “Həzrət Yusif” teleserialının Azərbaycanda yayımına görə çox sevinirəm və ümid edirəm ki, bu serial Azərbaycan tamaşaçıları tərəfindən yüksək səviyyədə qəbul olunacaq. Ana dilim Azərbaycan dili, özüm də azərbaycanlıyam, filmin rejissoru kimi serialın Azərbaycanda belə maraqla qarşılanmasından qürur hissi keçirirəm. Qismət olsa, Bakıya gəlib qonaqpərvər Azərbaycan xalqı ilə görüşmək istəyərdim.
- Serialın Azərbaycan versiyasının dublyajı ilə tanışsınızmı? Dublyajın səviyyəsi Sizi qane edirmi?
- Mən filmin Azərbaycan dilində dublyaj edilmiş birinci hissəsinə baxmışam. Bundan əlavə, filmin Azərbaycan dilində olan variantına baxanlar mənə deyiblər ki, yüksək səviyyədə dublyaj edilib. Açığı, film Azərbaycan dilində çox gözəl çıxıb. Bu mənim özümü də çox maraqlandırdı. Elə bilirəm ki, filmi həm tərcümə edənlər, həm də səsləndirənlər peşəkar olublar. Onlar Azərbaycan xalqına, mədəniyyət və film tarixinə yeni bir filmi hədiyyə ediblər. Bu hədiyyə həqiqətən çox qiymətlidir. Qismət olsa, Bakıya gələndə filmin Azərbaycan dilinə tərcümə edənlərlə və səsləndirənlərlə görüşəcəyəm.
- Azərbaycandan başqa serial daha hansı ölkələrdə nümayiş olunub?
- “Həzrət Yusif” serialı Latın Amerikası, Avropa ölkələrində, Türkiyədə və ərəb ölkələrində dünyanın müxtəlif dillərinə tərcümə edilərək yayımlanıb. Əldə etdiyim məlumatlara görə, film yayımlandığı bütün ölkələrdə müsbət qarşılanıb.
- Serialda aktyor seçimini hansı prinsiplər əsasında həyata keçirmisiniz? Xüsusən Yusif və Züleyxa obrazını canlandıran aktyorların seçimi barədə məlumat verərdiniz...
- Film “Qurani-Kərim”də “Yusif” surəsi əsasında çəkilib. Yusif və Züleyxa obrazı üçün aktyor seçiminə gəlincə, bunların hamısı Allahın işidir. Yusif peyğəmbərin obrazını canlandıran Mustafa Zamanini il yarımlıq axtarışlardan sonra, bir dostum onun şəklini mənə göstərəndə tapdım. Eləcə də Züleyxa obrazını canlandıran xanım Ketayun Riyahini də çətinliklə tapmışam.
- Serialın çəkilişləri nə qədər davam edib? Serialın çəkilişində ən çətin başa gələn hissə hansı olub?
- Serial yeddi ilə çəkilib. Xüsusi olaraq hansı epizodun və ya hansı hissənin çətin və asan başa gəlməsini vurğulaya bilmərəm. Ümumilikdə, çəkilişlər zamanı çətin və asan məqamlar olub. Amma hər halda filmin çəkilməsində Allahın xüsusi lütfünü hiss etmişəm.
- Filmdə diqqət çəkən əsas məqam tarixi dini yanaşmalarda kifayət qədər obyektivliyin olmasıdır. Xüsusən, yəhudilərə münasibətdə bu açıq-aydın görünür. İran İslam Respublikasının rəsmi siyasətində isə İsrail dövləti düşmən hesab olunur. Bu məqam İran dövləti tərəfindən hansısa təzyiqlərə məruz qalmağınıza səbəb olmayıb ki?
- Çalışmışam ki, tarix filmdə olduğu kimi qalsın. Qeyd etdiyim kimi, film “Qurani-Kərim”də olan Yusif surəsi əsasında çəkilib. Burada tarixə nəsə əlavə etmək və ya əskiltmək qəbuledilməzdir. Filmdə yəhudilərin əcdadlarının necə olduqları dəqiqliklə göstərilib. Hətta onların necə müqəddəs olduqlarını da verə bilmişik. Obyektivlik hər halda qorunub saxlanılıb. Mən bu filmə görə heç bir təzyiqə məruz qalmamışam.
Mənim ürəyimi ağrıdan və məni son dərəcə narahat edən məsələ odur ki, bu filmdən sonra Həzrət Yusif peyğəmbərin Fələstinin Əl-Xəlil şəhərində olan məzarı, ifratçı yəhudilər tərəfindən dağıdılaraq yerlə-yeksan edilib və ona hörmətsizlik olunub. Bu, hazırda da məni narahat edən yeganə məsələdir.
- Hazırda hansı film üzərində işləyirsiniz? Bundan sonra daha hansı tarixi filmlər çəkəcəksiniz?
- Hazırda “Həzrət Musa” filmin ssenarisinin üzərində işləyirik. Bununla bağlı araşdırmalar və hazırlıqlar gedir. Gələcəkdə də tarixi filmlər çəkmək istəyirəm və bu mənim iş planıma daxildir. “Həzrəti İbrahim”, “Salman Farsi” və digər filmləri də çəkmək istəyirəm.
- Azərbaycan kinematoqrafçıları ilə birgə film və ya teleserial çəkmək haqqında düşünürsünüzmü?
- Azərbaycanlı qardaşlarımla işləməyib, kiminlə işləyəcəyəm?! Bu, iki ölkənin mədəni əlaqələrinin inkişafına böyük təsir göstərər. Biz azərbaycanlı qardaşlarımızın iş potensialından, təcrübələrindən bəhrələnərik. Mən istəyirəm ki, həm Azərbaycan, həm də digər İslam ölkələri ilə əməkdaşlıqlarımız inkişaf etsin.
- Bir azərbaycanlı kimi Azərbaycan xalqına nə sözünüz var?
- Azərbaycan xalqını səmimi qəlbdən salamlayıram və arzu edirəm ki, həmişə başı uca olsun. “Həzrət Yusif” teleserialını izləyənlərdən isə bir xahişim var. Film xoşlarına gəlibsə, mənə dua etsinlər. Arzum budur ki, Allah imkan versin, mən yenə də tarixi filmlər çəkim və Azərbaycan xalqına təqdim edim. Bu filmin tamaşaçılar tərəfindən bu qədər seviləcəyini təsəvvür etmirdim. “Həzrət Yusif” gözlədiyimdən də artıq sevilməkdədir...
İncəsənət
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB-2 - FOTO
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində keçiriləcək
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb - YENİLƏNİB
Xəbər Lenti
İran gəmilərin Hörmüz boğazından rüsum ödəməklə keçdiyini iddia edir
Şimali Kipr sahillərində göyərtəsində 267 nəfər olan gəmi batıb, 237 nəfər xilas edilib, 7 nəfər ölüb- YENİLƏNİB-3
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Nepal və Çində daşqında ölənlərin sayı 768 nəfərə çatıb - YENİLƏNİB
İslandiyada Avropa İttifaqına üzvlüyün əleyhdarları referendumda qalib gəlib
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL
Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək
Hikmət Hacıyev: Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib
Prezidentin köməkçisi: Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi humanitar və milli əhəmiyyətli məsələ olaraq qalır
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər
Türkiyə və Somali piratlara qarşı birgə əməliyyat keçirib, 14 nəfər öldürülüb
KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək
Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir - YENİLƏNİB
Politico: Rusiya Kiyevə və Çerniqova quru hücumlarına hazırlaşır
Kürdəmirdə yol qəzasında 5 nəfər xəsarət alıb
"Manset.az" xəbər portalının yerləşdiyi redaksiya binasında yanğın baş verib - FOTO
Qrossi: AEBA Zaporojye AES ətrafında yeni atəşkəs zonası yaratmağa çalışır