Bank Of Baku

Mənsum İbrahimovun 50 illik yubileyi münasibəti ilə tədbir keçirilib - FOTOSESSİYA

Mənsum İbrahimovun 50 illik yubileyi münasibəti ilə tədbir keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 01 oktyabr 2010 13:21 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Oktyabrın 1-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Mənsum İbrahimovun 50 yaşı tamam olub. Yubiley münasibəti ilə bu gün xanəndənin çalışdığı Heydər Əliyev adına Müasir Təhsil Kompleksində tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə yubilyarın həyat və yaradıcılığından söhbət açılıb. Bildirilib ki, Ağdamda dünyaya gələn Mənsum İbrahimov 1982-1987-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun muğam şöbəsində, 1988-1993-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mədəni maarif fakültəsində təhsil alıb. 1985-ci ildə Üzeyir Hacıbəylinin anadan olmasının 100 illiyinə həsr olunmuş müsabiqədə I dərəcəli diploma layiq görülən xanəndə Şövkət Ələkbərovanın məsləhəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət olunub. 1993-cü ildən "Leyli və Məcnun" operasında Məcnun rolunu canlandırır. Milli opera tamaşalarında ikinci dərəcəli rollarla səhnəyə qədəm qoyan Mənsum İbrahimov hazırda əksər tamaşalarda aparıcı partiyaları ifa edir. “Leyli və Məcnun” operasında Məcnun, “Aşıq Qərib”də Qərib, “Gəlin qayası”nda Camal, “Sevil”də Azançı rollarını ifa edən muğam ustasının böyük peşəkarlıqla yaratdığı obrazlardır. Çıxışlardan sonra Mənsum İbrahimov səhnəyə dəvət olunub və konsert proqramına başlanılıb. Proqram əsasən Elməddin İbrahimov, İlona Çərkəzova, Məhəmməd Qorçubəyli, Günay Musayeva, Arzu Əliyeva və başqaları ifa ediblər. Aytən Məhərrəmova isə ustadı hesab etdiyi Mənsum İbrahimova yazdığı şeiri oxuyub və “Mahur” təsnifini səsləndirib. Sonda yubilyar belə bir tədbiri təşkil etdiyinə görə, məktəb rəhbərliyinə, çıxışçılara öz minnətdarlığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR