Bank Of Baku

Xalq artisti Mənsum İbrahimova həsr olunan “Məcnunun Məcnunu” kitabının təqdimatı keçirilib - FOTO

Xalq artisti Mənsum İbrahimova həsr olunan “Məcnunun Məcnunu” kitabının təqdimatı keçirilib - <font color=red>FOTO</font>
# 02 oktyabr 2010 13:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Mənsum İbrahimovun 50 illik yubileyi münasibəti ilə “Məcnunun Məcnunu” kitabının təqdimatı keçirilib. APA-nın xəbərinə görə, Mustafa Çəmənlinin müəllifi olduğu kitabda xanəndənin həyat və yaradıcılığından bəhs olunur.
Tədbirdə çıxış edən M. Çəmənli deyib ki, Azərbaycan səhnəsinin əvəzsiz “Məcnun”larından biri olan M. İbrahimov haqqında kitab yazmaq şərəfli bir işdir.

Xalq artistləri - Siyavuş Kərimi, Nəzakət Teymurova, Aygün Bayramova, şair Qulu Ağsəs, publisist Əli Əmirli, Əməkdar incəsənət xadimi Hafiz Quliyev, yubiley tədbirlərində iştirak etmək üçün Bakıya gələn Ukraynanın sənaye və energetika nazirinin müavini Burzu Əliyev və başqaları çıxış edərək kitab haqqında təəssüratlarını bölüşüblər.

“Təhsil” nəşriyyatında çap olunan kitabda M. İbrahimovun, ailə üzvlərinin fotoları da yer alıb. M. İbrahimov sonda ona göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, xanəndənin yubileyi münasibəti ilə oktyabrın 9-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Leyli və Məcnun” operası nümayiş etdiriləcək. Oktyabrın 12-də isə Gəncə şəhərində yubiley tədbiri keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR