Bank Of Baku

Musiqili Komediya Teatrının əməkdaşları Rusiya və Gürcüstan teatrlarında təcrübə keçirlər

Musiqili Komediya Teatrının əməkdaşları Rusiya və Gürcüstan teatrlarında təcrübə keçirlər
# 04 oktyabr 2010 08:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının rejissoru Elvin Mirzəyev ixtisasını artırmaq üçün oktyabrın 7-də Yekaterinburqa - Sverdlovsk Dövlət Akademik Musiqili Komediya Teatrına yola düşəcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu, gənclərin yaradıcılığının dəstəklənməsi, xüsusən teatr rejissorluğu sahəsində qabaqcıl ölkələrin təcrübəsindən istifadə edilməsi və teatrda çalışan gənc kadrların peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilir.

Teatrın əməkdaşları - dekorçu rəssam Elgün Vəliyevlə işıqçı Tural Şərifov isə dünya şöhrətli Robert Sturuanın rəhbərlik etdiyi Ş. Rustaveli adına Akademik Dram Teatrında təcrübə keçmək üçün oktyabrın 1-dən Tiflis şəhərinə ezam olunublar.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi ölkə başçısının “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncamına uyğun olaraq digər dövlətlərin teatrları ilə mədəni əlaqələrin qurulması istiqamətində tədbirləri davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR