Bank Of Baku

“Böyük səhnəyə yol” adlı layihə çərçivəsində Azərbaycanın bölgələrində də konsertlər təşkil olunacaq

“Böyük səhnəyə yol” adlı layihə çərçivəsində Azərbaycanın bölgələrində də konsertlər təşkil olunacaq
# 04 oktyabr 2010 11:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Heydər Əliyev Sarayının təşəbbüsü ilə gənc ifaçılara dəstək olmaq məqsədi ilə keçirilən “Böyük səhnəyə yol” adlı layihə çərçivəsində Azərbaycanın bölgələrində də konsertlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu barədə APA-ya məlumat verən layihə rəhbəri, əməkdar artist Aybəniz Haşımova deyib ki, bu sırada ilk konsert proqramının Gəncə şəhərində təşkili planlaşdırılır. Daha sonra isə konsertlər silsilə olaraq bütün bölgələrdə davam etdiriləcək. Bu gün isə layihə çərçivəsində Şağan qəsəbəsində yerləşən uşaq evində layihənin dörd istedadının iştirakı ilə xeyriyyə konserti təşkil olunacaq.
Bölgələrdə təşkil olunacaq “Böyük səhnəyə yol” adlı silsilə konsertlərdə isə bütün layihə iştirakçıları, yəni gənc müğənnilər iştirak edəcək. Layihə rəhbəri vurğulayıb ki, artıq bölgələrdəki konsertlərlə bağlı təşkilatçı Heydər Əliyev Sarayı tərəfindən lazımi danışıqlar aparılıb. Bu layihə çərçivəsində Heydər Əliyev Sarayında növbəti konsert noyabrın 31-nə planlaşdırılır. Bu layihədə peşəkar ifaçılar və istedadlı gənc müğənnilər, Milli Konservatoriyanın, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Bülbül adına Musiqi Məktəbinin məzunları və tələbələri çıxış edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR