Bank Of Baku

Azərbaycanda I Beynəlxalq Ozan Aşıq Festivalı keçiriləcək

Azərbaycanda I Beynəlxalq Ozan Aşıq Festivalı keçiriləcək
# 05 oktyabr 2010 12:59 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycanda I Beynəlxalq Ozan Aşıq Festivalı keçiriləcək. Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqubun APA-ya verdiyi məlumata görə, festivalın açılış mərasimi oktyabrın 22-də Heydər Əliyev Sarayında baş tutacaq. Bağlanış mərasiminin isə oktyabrın 28-də Gəncədə keçirilməsi nəzərdə tutulur. Bu günlər ərzində festival Qazax, Tovuz, Şəmkir, Gədəbəydə davam edəcək. İlk dəfə təşkil olunan beynəlxalq tədbirə Azərbaycanın bütün bölgələrinin aşıqları ilə yanaşı, Türkiyə, İran, Rusiya, Gürcüstan, Özbəkistan, Qırğızıstan və Qazaxıstan aşıqları da qatılacağı gözlənilir. Z. Yaqubun sözlərinə görə, festival üçün xüsusi və geniş proqram tərtib edilib. Proqrama əsasən oktyabrın 24-də Qazaxda, 25-də Tovuzda, 26-da isə Şəmkir-Gədəbəydə aşıqların konserti olacaq. Birlik sədri festival zamanı Azərbaycanın heç bir bölgəsinin kənarda qalmayacağını diqqətə çatdırıb: “Son dövrlər dövlətin, xalqın aşıq-ozan sənətinə olan dərin hörmətini, diqqətini nəzərə alaraq Azərbaycanda ilk dəfə belə bir festival keçiririk. Əsas məqsədimiz də bu sənəti Şərq, türkdilli ölkələrə, ümumiyyətlə bütün dünyaya yaymaq və təbliğ etməkdir”.
Z. Yaqub bildirib ki, Aşıqlar Birliyi tərəfindən festivalda iştirak edən qonaqlara “Haqqa qovuşan aşıqlar” foto albomu da hədiyyə veriləcək. Albomda 300-ə qədər aşığın tərcümeyi-halı və şəkli toplanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR