Bank Of Baku

Rəşid Behbudov, Müslüm Maqomayev və Tamara Sinyavskaya ilə birgə çalışmış Alen Katrix vəfat edib

Rəşid Behbudov, Müslüm Maqomayev və Tamara Sinyavskaya ilə birgə çalışmış Alen Katrix vəfat edib
# 06 oktyabr 2010 12:22 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. SSRİ xalq artistləri Rəşid Behbudov, Müslüm Maqomayev və Tamara Sinyavskaya ilə birgə çalışmış Alen Katrix İsraildə vəfat edib.

APA-nın İsrail KİV-nə istinadən məlumatına görə, Alen (Arnold) Katrix 1945-ci il yanvarın 24-də Bakıda aktyor ailəsində anadan olub, 1954-cü ildə Azərbaycan Dövlət Teatr və Kino İnstitutunu (indiki İncəsənət Universiteti) bitirib, «Macar melodiyaları» ansamblında və Azərbaycan Dövlət Caz Orkestrində, Moskvanın «Səhnədə sirk» təşkilatında konferansye işləyib. 1990-cı ilə kimi o, «Azkonsert»in solisti, Rəşid Behbudovun rəhbərliyi altında Mahnı Teatrında konferansye olub, M. Maqomayev və T. Sinyavskayanın idarə etdikləri orkestrdə çalışıb.

1990-cı ildə A. Katrix İsrailə repatriasiya olunub, orada ifaçı, konferansye və pianoçu kimi fəaliyyət göstərib. Netaniya şəhərində yaşayan A. Katrix Azərbaycan-İsrail Assosiasiyasının şəhər bölməsinin rəhbəri olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR