Avropa Şurasının binasında TÜRKSOY-un sərgisi açılıb – FOTOSESSİYA
M. Çavuşoğlu çıxışında türk dünyasının müxtəlif bölgələrindən gələn bu çox dəyərli əsərin nümayiş etdirildiyi və türk dünyasının mədəniyyətini təbliğ edən bu sərgini açmaqdan şərəf duyduğunu deyib. O, sərginin mədəniyyətlərarası dialoq, qarşılıqlı anlaşma, mədəni müxtəlifliyə hörmət və onu tanıtmaq baxımından çox önəmli olduğunu bildirib.
TÜRKSOY-un sədri D. Kaseinov qurumun 1993-cü ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyənin mədəniyyət nazirlərinin görüşündə təsis olunduğunu iştirakçıların diqqətinə çatdırıb. Sonradan Rusiyadan altı bölgə və Moldovanın Qaqauziya bölgəsi də TÜRKSOY-a müşahidəçi kimi qoşulub: “TÜRKSOY UNESCO ilə eyni məqsəd və xarakterə malikdir. TÜRKSOY-un əsas məqsədlərindən biri türkdilli xalqlar arasında ümumi mədəni irsin saxlanılması və inkişafıdır. Hazırkı sərgidə 1998-ci ildən bu yana 13 dəfə nümayiş etdirilmiş TÜRKSOY ölkələri rəssamlarının əl işləri nümayiş olunur. Bu ilin əvvəlində TÜRKSOY Paris və Strasburqda Novruz bayramı şənlikləri təşkil edib. Çox şadıq ki, yeni bir mədəni tədbirlə bağlı buraya yığışmışıq. Mən rəssamlara, eləcə də Azərbaycan və Türkiyənin Avropa Şurası yanında daimi nümayəndəliklərinə göstərdikləri yardıma görə dərin təşəkkürümü bildirirəm”.
Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəsi Arif Məmmədov isə bu böyük ailənin bir hissəsi kimi Azərbaycanın türk irsinə böyük əhəmiyyət verdiyini və eyni zamanda Avropa dəyərləri və ideyalarını könüllü şəkildə qəbul etdiyini söyləyib: “Məhz bu səbəbdəndir ki, biz mədəniyyətlər və dinlər, Şimal və Cənub, Şərq və Qərb arasında dialoqa xüsusi diqqət yetiririk. 2008-ci ilin dekabrında Avropa Şurası mədəniyyət nazirlərinin Bakı konfransında əsası qoyulmuş “İncəsənət xadimləri dialoq naminə” layihəsini başlayarkən biz rəssamların mədəniyyətlərarası dialoqun “mənasız səslər toplusu”na bənzər bir proses deyil, mükəmməl bir orkestr kimi həyata keçirilməsində aparıcı qüvvə olduğuna inanmışdıq. Hazırda əldə etdiklərimizə və qarşıda bizi daha çox işin gözlədiyinə diqqət yetirdikdə zəhmətimizin hədər getmədiyini görürük”.
Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlının sözlərinə görə, bu sərginin təşkil edilməsində məqsəd "Mədəniyyətlərarası dialoq ili" çərçivəsində türk mədəniyyətini dünyaya tanıtmaqdan ibarətdir.
Qeyd edək ki, oktyabrın 8-də də davam edəcək sərgidə Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Rusiya Federasiyasına daxil olan Tatarıstan, Başqırdıstan, Tuva, Altay, Saxa, Yakutiya, Xakasiya, Moldovanın Qaqauz Yeri, Ukraynanın Krım Muxtar Vilayəti, Bolqarıstan və digər ölkələrdən olan rəssamların seçilmiş əsərləri nümayiş etdirilir.
İncəsənət
Əməkdar artist Arif Mirzəyev dəfn edilib - YENİLƏNİB-1
Bakı Beynəlxalq İncəsənət Festivalının ikinci mövsümündə 10 mindən çox tamaşaçı iştirak edib
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünya şöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Xəbər Lenti
CENTCOM rəhbəri İsrail ordusunun ali rəhbərliyi ilə görüş keçirib
DİN 104 kq narkotik və 8 min narkotik tərkibli həbi dövriyyədən çıxarıb - VİDEO
Özbəkistanın axtarışa verdiyi şəxs Azərbaycanda saxlanılaraq təhvil verilib
Paşinyan TRIPP-in texniki parametrlərinin Azərbaycanla razılaşdırılmalı olduğunu bildirib
Əli Əsədov Gürcüstan Baş nazirinin müavini ilə görüşüb
Paşinyan Azərbaycanla sərhədyanı çayların birgə istifadəsi üzrə əməkdaşlıqdan danışıb
Neft və qaz ixrac edən ölkələr Antalyada enerji və iqlim məsələlərini müzakirə edib
Antalyaya uçan Rusiya təyyarəsində bomba təhlükəsi barədə məlumat daxil olub - YENİLƏNİB
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi ilə bağlı növbəti imtahan ləğv edilib, ödəniş geri qaytarılacaq
Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib
Rusiya millisi AVRO-2028-in seçmə mərhələsinin püşkatmasına daxil edilməyib
Yeni hüquqi tənzimləmələrin tətbiqi ilə bağlı dövlət qulluğuna daxili müsahibə elanı ləğv edilib
Birbank-ın “Böl-ödə” krediti ilə 15 000 AZN-dək alış-verişi 6 ayadək komissiyasız hissələrə bölün
Bakıda və bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayılıb
Şuşanın "İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” tədbirinin bağlanış mərasimi keçirilir
Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutunun işçilərinin sayı və əməkhaqları müəyyənləşib
Peskov Putin və Si Cinpinin Ukraynadakı münaqişəni müzakirə etdiklərini açıqlayıb
Putin və Tramp Çində ayaqüstü söhbət ediblər - VİDEO
Abşeronda yük maşınlarından 10 min manatlıq oğurluq edilib
İran ordusu ABŞ-a məxsus MQ-9 PUA-sını vurduğunu bildirir
“AzerGold” rəsmiləri Filizçay layihəsi ilə bağlı Balakəndə yerli icma nümayəndələri ilə görüşüblər - FOTO
“Real Madrid” Arda Gülərlə yeni müqavilə imzalayıb
Oğuzda avtoxuliqanlıq edən sürücü həbs olunub
Azərbaycan Prezidenti Edqars Rinkeviçsi təbrik edib
Prezident İlham Əliyev Oman Sultanına təbrik ünvanlayıb
Putin, Tramp və Si Cinpin arasında üçtərəfli danışıqların mövzuları açıqlanıb
Kreml Putin və Trampın ikitərəfli görüşünün vaxtının hələ razılaşdırılmadığını bildirib
Bakıda Azərbaycan və Avstriya arasında siyasi məsləhətləşmələr keçirilib
Tarixçi Aydın Balayevin “Azərbaycan türkləri" əsəri Azərbaycan dilində nəşr edilib
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırılıb - FƏRMAN
Bakıda növbəti dəfə Gələcəyin Peşələri Sammiti keçirilib - FOTO
Almaniyanın xarici işlər naziri Ermənistana gedib
Rafiq Danakari: Amaras monastırına ziyarət xüsusi əhəmiyyət daşıyır
Gəncədə yol qəzasında 4 nəfər xəsarət alıb
Moldova Rusiyaya nota verib
Sumqayıt bulvarında 20 yaşlı oğlan dənizdə batıb - VİDEO
Şençjen sammiti: Çin, ABŞ və Rusiya liderlərinin görüşü beynəlxalq münasibətlərdə dönüş yarada biləcəkmi? – TƏHLİL
Birbank Private PWM və The Banker tərəfindən Azərbaycanın ən yaxşı özəl bankı seçilib
Azərbaycan və bp enerji layihələrinin inkişaf perspektivlərini müzakirə edib
Azərbaycanla Gürcüstan arasında iqtisadi tərəfdaşlığının genişləndirilməsi müzakirə edilib
Uşakov: Putin və Tramp bu gün görüşə bilərlər
Belçika ilə Fransa Ukraynaya ilin sonunadək 12 qırıcı təyyarə verəcək
Nazir: Minimum əməkhaqqının artırılması özəl sektorda maaş artımlarına təkan verir
Ağıllı saatlara görə aksiz vergisi alınacaq
Emin Əmrullayev: İxtisas seçimində əmək bazarının tələbləri hər zaman nəzərə alınmır
Trampın Çinə səfəri başlayıb
Alban-Udi icmasının nümayəndələri Amaras monastırını ziyarət edib - FOTO
Anar Əliyev: Süni intellekt daha çox ali təhsil və akademik bilik tələb edən peşələrə təsir göstərəcək