Xalq artisti Elxan Əhədzadə ilə yaşadığı evdə vida mərasimi keçirilib – FOTOSESSİYA
Həyat yoldaşı Səbinə Tofiqqızı həyat yoldaşı ilə xüsusi vida mərasiminin təşkil olunmamasından narazılıq edib. Mərhumun qardaşları və böyük oğlu danışmaq istəməyiblər. Ailə adınan Elxan Əhədzadənin qaynanası Şahnaz Məmmədova jurnalistlərə açıqlama verib və mərhuma diqqət göstərilməməsindən gileylənib: “Uzun illər səhnədə can qoyub, zəhmət çəkib, hətta gözləri görməyən vaxt səhnədə çıxış edib. Belə aktyora teatrda vida mərasiminin keçirilməsinə icazə verilmədi. Heç olmasa II Fəxri Xiyabanda yer verilərdi. Məcbur olub, valideynlərin yanında yer ayırdıq. Bu aktyorun heçmi hörməti yoxdur? Biz onlardan pul və ya nə isə başqa şey istəmədik. Adi hörmət istəyirdik, onu da çox gördülər”.
Ş. Məmmədova deyib ki, xəstə yatdığı vaxt da E. Əhədzadə ilə heç kim maraqlanmayıb: “Vaxtında kömək edilsəydi, müəyyən qədər sağala bilərdi. Bir ay xəstə yatdığı vaxt teatrdan heç kim onunla maraqlanmadı, bircə Yaşar Nuri zəng edirdi. Mən xalq artistinə qarşı bu cür biganəlik görməmişdim. O buna layiq deyildi”.
Musiqili Komediya Teatrının truppa müdiri Novruz Qartal isə deyib ki, Elxanla bir neçə gün əvvəl telefonla əlaqə saxlayıb: “Mənə zəng vurub bildirdilər ki, Elxan “İddiaçı qaraçı” tamaşasında oynamayacaq, çünki vəziyyəti yaxşı deyil. Mən də ona zəng vurub əhvalını soruşdum. Dedi ki, vəziyyəti pisləşib, amma indi yaxşıdır. Əvvəl bilmirdik ki, onun mədəsində yara var. Amma gözlərindən əməliyyat keçirəndən sonra üç dəfə “İddialı qaraçı” tamaşasında oynamışdı. Sağlam idi, hansısa xəstəlikdən əziyyət çəkdiyi xarici görünüşündən hiss olunmurdu”.
Truppa müdiri E. Əhədzadə ilə teatrda vida mərasiminin keçirilməməsinin səbəbinin teatrın fasadında gedən təmir olduğunu deyib.
Xalq artisti Yaşar Nuri də bu xəbərin onun üçün gözlənilməz olduğunu söyləyib: “Xəstə olduğunu eşitmişdim. Zəng vurdum həyat yoldaşı ilə danışdım. Tanış həkimlə əlaqə saxlayıb aparıb göstərdik. Məlum oldu ki, hepatit C-dən əziyyət çəkir. Onu sonuncu dəfə “Məşədi İbad” tamaşasının məşqinə gedəndə Milli Parkda gördüm. Özünü yaxşı hiss edirdi, amma xəstəlik gələndə batmanla gəlir. Xüsusən son illərdə vətənpərvər mahnıların ifaçısı kimi ürəklərdə sevildi”.
Y. Nuri onu da deyib ki, sənətkarla vida mərasiminin keçirilməsi vacibdir və yaxşı olardı ki, E. Əhədzadə son mənzilə teatrdan yola salınardı.
Xalq artisti İlham Namiq Kamal E. Əhədzadəni uzun illərdir tanıdığını və onun insanlığına, sənətkarlığına hörmət etdiyini bildirib: “Teatrın mövsümü açılanda bütün kollektivlə bərabər Elxan Əhədzadə də gəlmişdi, əhval-ruhiyyəsi də çox yaxşı idi. Mən onu neçə illərdir, tanıyıram. Hərtərəfli inkişaf etmiş bir sənətkar idi. Əksər dövlət tədbirlərinin bağlanışına Elxan Əhəzadənin gözəl səsi ilə yekun vurulurdu. Çox səmimi və tərbiyəli insan idi. Bu cür insanların Azərbaycan incəsənətindən getməsi yoxsulluq və kasıblıq yaradacaq. Bu cür insanlara dəyər verilməməsi xeyli vaxtdır davam edir. Bu, yaxşı hal deyil”.
Ailəsi və sənət dostları vidalaşdıqdan sonra xalq artisti E. Əhədzadə Xırdalan qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, mərhum E. Əhədzadənin birinci evlilikdən bir, ikinci evlilikdən də bir oğlu var. İkinci evlilikdən olan oğlu 4 yaşındadır. Mərhum uzun müddət mədə və on iki barmaq bağırsağında yaradan və hepatit C-dən əziyyət çəkib. Son bir ayda isə onun vəziyyəti çox pisləşib və bu gün səhər saat 05:30 radələrində o, dünyasını dəyişib.
İncəsənət
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB-2 - FOTO
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində keçiriləcək
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb - YENİLƏNİB
Xəbər Lenti
İran gəmilərin Hörmüz boğazından rüsum ödəməklə keçdiyini iddia edir
Şimali Kipr sahillərində göyərtəsində 267 nəfər olan gəmi batıb, 237 nəfər xilas edilib, 7 nəfər ölüb- YENİLƏNİB-3
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Nepal və Çində daşqında ölənlərin sayı 768 nəfərə çatıb - YENİLƏNİB
İslandiyada Avropa İttifaqına üzvlüyün əleyhdarları referendumda qalib gəlib
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL
Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək
Hikmət Hacıyev: Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib
Prezidentin köməkçisi: Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi humanitar və milli əhəmiyyətli məsələ olaraq qalır
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər
Türkiyə və Somali piratlara qarşı birgə əməliyyat keçirib, 14 nəfər öldürülüb
KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək
Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir - YENİLƏNİB
Politico: Rusiya Kiyevə və Çerniqova quru hücumlarına hazırlaşır
Kürdəmirdə yol qəzasında 5 nəfər xəsarət alıb
"Manset.az" xəbər portalının yerləşdiyi redaksiya binasında yanğın baş verib - FOTO
Qrossi: AEBA Zaporojye AES ətrafında yeni atəşkəs zonası yaratmağa çalışır