Bank Of Baku

Azərbaycanın gənc musiqiçiləri Şostakoviç və Prokofyev adına təqaüdə layiq görülüblər

Azərbaycanın gənc musiqiçiləri Şostakoviç və Prokofyev adına təqaüdə layiq görülüblər
# 08 oktyabr 2010 15:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bakı şəhər L.və M.Rostropoviçlər adına 21 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi İsrafil Rəsulov (truba) və məktəbin məzunu, hazırda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının I kursunda təhsil alan Nicat Məmmədov (fleyta) Moskva şəhərində Mstislav Rostropoviç adına Fondun keçirdiyi “Slava Maestro” ustad siniflərin İkinci Beynəlxalq Festivalında iştirak ediblər. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ustad sinifləri Qalina Vişnevskayanın Opera Mərkəzinin konsert zalında keçirilib. Azərbaycanlılar festivalın açılışında və P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasında uğurla çıxış edib. Burada onlar həm Azərbaycan, həm də dünya şöhrətli bəstəkarların əsərlərini ifa ediblər. Bunun nəticəsi olaraq hər iki gənc musiqiçi Moskva Dövlət Konservatoriyasında təhsillərini davam etdirmək dəvəti alıblar.
Mstislav Rostropoviç Mədəniyyət və Humanitar Proqramlar Fondu rəhbərliyinin qərarına əsasən 2010/2011-ci tədris ilinə İsrafil Rəsulov D. D. Şostakoviç adına, Nicat Məmmədov S. S. Prokofyev adına təqaüdə layiq görülüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR