Bank Of Baku

Mənsum İbrahimovun 50 illik yubileyi münasibəti ilə nümayiş olunan “Leyli və Məcnun” operası anşlaqla baş tutub – FOTO

Mənsum İbrahimovun 50 illik yubileyi münasibəti ilə nümayiş olunan “Leyli və Məcnun” operası anşlaqla baş tutub – <font color=red>FOTO </font>
# 11 oktyabr 2010 09:38 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında xalq artisti Mənsum İbrahimovun 50 illik yubileyi münasibəti ilə Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası nümayiş olunub. APA-nın məlumatına görə, tamaşanın quruluşçu rejissoru Hafiz Quliyev, quruluşçu rəssamı Rafiz İsmayılov, dirijoru Sevil Hacıyevadır. Tamaşada xalq artisti Mənsum İbrahimov (Məcnun), xalq artisti Nəzakət Teymurova (Leyli), Təyyar Bayramov (İbn Səlam), Nəzər Bəylərov (Zeyd), Sahibə Əhmədova (Leylinin anası), Afaq Ağayeva (Məcnunun anası), Elnur Zeynalov (Məcnunun atası), əməkdar artist Nizami Bağırov (Leylinin atası), İlham Nəzərov (Nofəl) çıxış ediblər. Tamaşanın nümayişində Azərbaycandakı diplomatik korpusun nümayəndələri, dövlət rəsmiləri iştirak ediblər. “Leyli və Məcnun” operasının nümayişi anşlaqla baş tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR