Azərbaycanın xalq artisti Yuri Baliyev: “Mənə ilk dəfə rol təklif olunanda onu ağ kağız kimi qəbul edir və nə isə axtarıram” - MÜSAHİBƏ
- Tamaşaçılar Yuri Baliyevi daha çox güclü obrazlarda, xüsusilə hərbiçi olaraq görürlər. Bu nədən irəli gəlir?
- Bu ilk növbədə ssenaridən irəli gəlir. Aktyor hadisəni çatdıran əsas fiqurdur. Bu birinci amildir. Mən deməzdim ki, bütün obrazlarım eynidir. Məsələn bundan əvvəl bir bədii filmdə kəndli, amma, sözündə bütöv olan bir obraz yaratmışam. Bəli, düz qeyd edirsiniz ki, güclü obrazlar müəllifi olmuşam.
- “Yaddaş” filminə gəlişiniz necə oldu və ssenari ilə ilk tanışlıq sizdə hansı hissləri oyatdı?
- Ssenarinin ilkin mərhələdə oxunuşundan çox şey asılıdır. Məni ssenari o saat özünə cəlb elədi. Bilirsiniz, mənə ilk dəfə hansısa rol təklif olunanda onu ağ kağız kimi qəbul edirəm və nə isə axtarıram. “Yaddaş” ssenarisinin dərinliyinə gedəndə burada bir faciə gördüm. Şərt o deyil ki, bu faciə müharibənin fonunda gedir. Müharibə nifrəti oyadır, nifrət isə məhəbbəti parçalayır. Mənə ən çox təsir edən məhəbbətlə müharibənin qarşılıqlı təsirinin dəqiqliklə göstərilməsi idi. Bir neçə gündən sonra filmimiz təqdim olunacaq. Ona sənət nöqteyi-nəzərindən deyil, prokuror kimi baxılsa, əlbəttə ki, mənfi emosiyalarsız ötüşməyəcəyik. Amma, ən yaxşısı elə tamaşaçı nöqteyi-nəzəridir. Bu filmdən fayda götürən tamaşaçı olacaq.
- “Yaddaş” Yuri Baliyev üçün nədir?
- Bilirsiniz, “Yaddaş” insanlarda aqressivliyi yumşaldan, sədləri aradan götürən bir anlayışdır. İnsan bir-birindən uzaqlaşdıqda, yaddaş da itir. “Yaddaş”ı ümumbəşəri faciələrin dərmanı kimi hiss elədim.
- Gəlin, bir qədər də obrazınız barədə danışaq. Yuri Baliyev üçün rus mayoru kimdir? Qatil, yoxsa çətin tarixi zamanın qurbanı?
- Bu obraz şəraitdən asılı olaraq, öz vəzifəsini yerinə yetirir. Mən obrazımı belə görmüşəm. O əsgərdir, hərbiçidir. Gəlin, həmin vaxta nəzər salaq: Qorbaçov hakimiyyətinin sonluğu, dağılmış ordu. O zaman bütün ölkədə xaos idi, hətta yadımdadır ki, qastrola gedəndə belə nə isə xoşagəlməz bir şey baş verirdi. Belə şəraitdə isə mayor kimi obrazlar üzə çıxır. İmkan var, ondan istifadə eləmək lazımdır. Mən mayora haqq qazandırmıram. O ki qaldı qatil məsələsinə, müharibədə qan axıtmamaq mümkün deyil.
- Bəs Siz öz obrazınıza ştrixlər əlavə edirdinizmi?
- Bilirsiniz, mən sovet ordusunda qulluq etmişəm. Tankçı olmuşam. Odur ki, ilk növbədə o illərdə gördüyüm zabitləri gözlərin önümə gətirməyə çalışırdım. Mən Mayorun hər bir addımına haqq qazandırmağa çalışmışam, amma, alınmayıb. Hər epizodu oxuyandan sonra öz-özümə sual verirdim ki, o nə üçün bunu edir?! Və istər ssenarini oxuyanda, istərsə də, çəkiliş boyunca həmişə bu sualı verəndə 20 Yanvar hadisələrini yadıma salıram. Şəhərə daxil olan ordunun qarşısında konkret məqsəd dayanırdı - diz çökdürmək. Və onlar qan tökdülər. Mayor ermənilərə haqq qazandırmağa çalışır.
- Filmin çəkilişləri nə zamandan başladı?
- Ağrılı yerimizə toxundunuz. Təsəvvür edirsiniz, yayın başlanğıcı, havalar gündən-günə istiləşir. Əynimizdə hərbi formalar, gün ərzində 14-16 saat çəkiliş. Bizi orada sərin su quyuları xilas edirdi. Mən ömrüm boyu belə şeylərə öyrəşmişəm. Soyuqda, qarda, istidə və s. Çəkiliş üçün əla şərait yaradılmışdı, amma, hava təəssüf ki, bizim çəkiliş qrupu ilə dil tapa bilmirdi. Bu da əslində işin xeyrinədir. Bərkə-boşa düşmək lazımdır.
- “Yaddaş” filmində bir neçə müxtəlif teatrın aktyorlarını görəcəyik. Fərqli teatrları təmsil edən aktyorların tandemi necə idi?
- Çox maraqlı. Ən çox da bir-birimizə dəstək olurduq. Tez-tez epizodlar, oradakı hadisələrlə bağlı bir-birimizə niyə, nə üçün sualını verirdik. Bu işimizə çox kömək edirdi. Bütün həmkarlarımla asan dil tapdıq. Həmçinin burada mənimlə yanaşı Rus Dram Teatrından da bir neçə aktyorun burada oyununu izləyəcəksiniz.
- Ümumiyyətlə, yaradıcılığınızın bu dövründə nisgilində olduğunuz obraz varmı?
- Əlbəttə, bir obraz var, amma, onu deməyəcəyəm. Qoy sirr olaraq qalsın. Amma, mən özümdən razı adam deyiləm, öz-özümə cəmi bircə dəfə də olsun “məni tanıyırlar” kəlməsini demək istəmirəm. Çünki, bu ifadə işdən soyumağıma və şöhrətpərəstliyə işarə olacaq.
İncəsənət
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB-2 - FOTO
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində keçiriləcək
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb - YENİLƏNİB
Xəbər Lenti
ABŞ İspaniyadakı aviabazanın modernləşdirilməsinə 100 milyon dollara qədər vəsait xərcləyəcək
İran gəmilərin Hörmüz boğazından rüsum ödəməklə keçdiyini iddia edir
Şimali Kipr sahillərində göyərtəsində 267 nəfər olan gəmi batıb, 237 nəfər xilas edilib, 7 nəfər ölüb- YENİLƏNİB-3
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Nepal və Çində daşqında ölənlərin sayı 768 nəfərə çatıb - YENİLƏNİB
İslandiyada Avropa İttifaqına üzvlüyün əleyhdarları referendumda qalib gəlib
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL
Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək
Hikmət Hacıyev: Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib
Prezidentin köməkçisi: Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi humanitar və milli əhəmiyyətli məsələ olaraq qalır
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər
Türkiyə və Somali piratlara qarşı birgə əməliyyat keçirib, 14 nəfər öldürülüb
KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək
Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir - YENİLƏNİB
Politico: Rusiya Kiyevə və Çerniqova quru hücumlarına hazırlaşır
Kürdəmirdə yol qəzasında 5 nəfər xəsarət alıb
"Manset.az" xəbər portalının yerləşdiyi redaksiya binasında yanğın baş verib - FOTO