Bank Of Baku

Mənsum İbrahimovun 50 illik yubileyi münasibəti ilə Gəncədə tədbir keçirilib

Mənsum İbrahimovun 50 illik yubileyi münasibəti ilə Gəncədə tədbir keçirilib
# 12 oktyabr 2010 14:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Mənsum İbrahimovun 50 illik yubileyi münasibətilə Gəncədə tədbir keçirilib. Mənsum İbrahimovun APA-ya verdiyi məlumata görə, tədbir Gəncə şəhər İcra Hakimiyyəti və Gəncə Dövlət Universiteti tərəfindən təşkil olunub. Bakıdan gedən qonaqlar sırasında Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, Arif Babayev, Aygün Bayramova, Təyyar Bayramov, Aytən Məhərrəmova, Elməddin İbrahimli, Elçin Həşimov, Elnur Əhmədov, Kamran Kərimov və Tural Abbasov olub. Mənsum İbrahimovun sözlərinə görə, nümayəndə heyəti ilk olaraq Nizami Gəncəvinin məqbərəsini ziyarət edib, Gəncə Dövlət Universitetinin müəllim-tələbə heyəti ilə görüşüb: Daha sonra yubiley tədbiri keçirilib: “Tədbir Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının binasında baş tutub. Tədbir çox maraqlı keçdi. İlk olaraq mənə həsr olunmuş 18 dəqiqəlik film göstərildi. Müxtəlif çıxışlar, ifalar oldu. Gəncənin azyaşlı uşaqlarının oxuduğu “Qarabağ şikəstəsi” də yaddaqalan idi”. Tədbirin son ifası isə yubilyarın özünə məxsus olub. Mənsum İbrahimovun çıxışı böyük maraqla qarşılanıb. Xanəndə onu da bildirib ki, növbəti yubiley tədbiri Milli Konservatoriya və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR