Bank Of Baku

“Lahıc ritmləri” sənədli filmi Almaniyada keçiriləcək beynəlxalq festivalda nümayiş olunacaq - FOTO

“Lahıc ritmləri” sənədli filmi Almaniyada keçiriləcək beynəlxalq festivalda nümayiş olunacaq - <font color=red>FOTO</font>
# 13 oktyabr 2010 08:11 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Rejissor Fariz Əhmədovun “Lahıc ritmləri” sənədli filmi oktyabrın 22-də Almaniyada keçiriləcək 53-cü Beynəlxalq Leipzig sənədli və animasiya Filmləri festivalında nümayiş olunacaq. Fariz Əhmədovun APA-ya verdiyi məlumata görə, film kino lentinə çəkilib. 8 dəqiqəlik etnoqrafik elementlərlə zəngin filimdə İsmayıllı rayonunun Lahıc qəsəbəsindəki insanların gündəlik həyatı təsvir edilib. Filmin ssenari müəllifi – Nərgiz Bağırzadə, quruluşçu operatoru Üzeyir Abbas, prodüseri isə Nizami Abbasdır.
2008-ci ildə Bakıda keçirilən V “Start” Film Festivalında “ən yaxşı sənədli film”, 2009-cu ildə isə Latviyada keçirilən “Tourfilm-Riqa” kinofestivalında bürünc mükafata layiq görülüb. Xatırladaq ki, film 10-dan artıq ölkənin beynəlxalq kino festivalında uğurla nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR