Bank Of Baku

Hərbi vətənpərvərlik mövzusunda “Mən evə qayıdıram” bədii filminin istehsalına başlanılıb

Hərbi vətənpərvərlik mövzusunda “Mən evə qayıdıram” bədii filminin istehsalına başlanılıb
# 13 oktyabr 2010 12:58 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” kinostudiyası hərbi vətənpərvərlik mövzusunda “Mən evə qayıdıram” bədii filminin istehsalına başlayıb. Kinostudiyadan APA-ya verilən məlumata görə, filmin əsas qəhrəmanı roluna namizədin axtarışı gedir. Filmin baş qəhrəmanı xalqın arasından seçiləcək və axtarılan şəxs idmançı bədən quruluşuna malik, 178-182 sm boyunda və 24-27 yaş arasında olmalıdır. Bu göstəricilərə malik olan azərbaycanlı oğlanlar oktyabrın 25-nə kimi foto və cv-lərini təqdim edə bilərlər. Məlumatda bildirilib ki, filmdəki hadisələr 1992-ci ili əhatə edəcək. Filmdə Azərbaycan ərazisində yerləşən rus hərbi bazasından SU-25 təyyarəsinin oğurlanması faktı real həyatdan götürülüb. Filmin ssenarisinin qalan hissələri isə ssenaristin öz təxəyyülüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR