Bank Of Baku

Heydər Əliyev Sarayının təşkilatçılığı ilə həyata keçirilən “Böyük səhnəyə yol” layihəsi davam edir

Heydər Əliyev Sarayının təşkilatçılığı ilə həyata keçirilən “Böyük səhnəyə yol” layihəsi davam edir
# 14 oktyabr 2010 09:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Oktyabrın 30-da Heydər Əliyev Sarayının təşəbbüsü ilə gənc ifaçılara dəstək olmaq məqsədi ilə “Böyük səhnəyə yol” layihəsi çərçivəsində növbəti konsert keçiriləcək. Sarayın mətbuat katibi Anar Fərəczadənin APA-ya verdiyi məlumata görə, konsert proqramında peşəkar ifalar və musiqilərlə istedadlı gənc müğənnilər, Milli Konservatoriyanın, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Bülbül adına musiqi məktəbinin məzunları və tələbələri çıxış edəcəklər. Konsertdə iştirak edəcək gənclər arasında Gülay Qədirova, Vaqif Şıxəliyev, Aynişan Quliyeva, Amil Həsənoğlu, Müşfiq Əliyev, Fuad Ağayev, Çingiz Mustafayev, Ayan Babakişiyeva, Nailə Zeynalova da var. Heydər Əliyev Sarayın rəhbərliyinin bu konsert proqramını hazırlamaqda məqsədi, sənətdə yeni addımlarını atan çox istedadlı gənclərə böyük səhnəyə yol açmaq və onları üzə çıxardaraq, Azərbaycan musiqi sənətini daha da zənginləşdirməkdir. Layihənin bədii rəhbəri əməkdar artisti Aybəniz Haşımovadır. Konsertin biletlərinin qiyməti 10 – 25 manat arasındadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR