Bank Of Baku

Yaponiyalı müğənni və şair Kieko Koma: “Dünyanın heç bir ölkəsi Azərbaycan qədər xoşuma gəlməyib” – FOTO

Yaponiyalı müğənni və şair Kieko Koma: “Dünyanın heç bir ölkəsi Azərbaycan qədər xoşuma gəlməyib” – <font color=red>FOTO </font>
# 14 oktyabr 2010 11:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Olduğum heç bir ölkə məndə bu cür təəssürat oyatmayıb. Azərbaycan çox gözəl bir ölkədir və bu hiss ifadə edilməzdir. Bu ölkədə çıxış edəcəyimdən şərəf duyuram. Dünyanın heç bir ölkəsi bu qədər xoşuma gəlməyib”. APA-nın məlumatına görə, bu sözləri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə oktyabrın 16-da Bakıda Yaşıl Teatr Konsert Kompleksində xeyriyyə konserti ilə çıxış etmək üçün Azərbaycana gələn Yaponiya müğənni və qiraət ustası Kieko Koma bu gün keçirdiyi mətbuat konfransında deyib. Müğənni deyib ki, onun başçılıq etdiyi ansamblın iştirakı ilə Bakıda “Sülhə çağırış” adlı xeyriyyə konserti verəcək. Müğənninin təmsil olunduğu “NPO KOMA” şirkəti bu günə kimi bir çox ölkələrdə bu cür tədbirlər həyata keçirib: “Belə bir konsert oktyabrın 9-da Gürcüstanın paytaxtı Tiflisdə artıq keçirilib. Bu konsert Azərbaycana həsr olunacaq və Azərbaycan xalqı üçün xüsusi proqram hazırlanıb. Proqramda Azərbaycana həsr etdiyimiz poemanı da ifa edəcəyəm. Bu Azərbaycana ikinci gəlişimizdir və ölkənizin tarixi, mədəniyyəti haqqında məlumatlıyam. Ötən dəfə gəlişimiz zamanı Şəkinin Kiş kəndinə getdik və o gözəlliyi gördük”.
Kieko Koma, həmçinin Koguryo Sülaləsinin Şahzadəsidir. O, hər belə səfərinə 30 min ABŞ dollarına yaxın xərc çəkdiyini bildirib. Belə ki, o, dünyanın çoxsaylı ölkəsində keçirdiyi konsertlərin hər birinə öz işçilərini, konsert üçün lazımi texniki avadanlıqlar aparır.
Konsertdə Keiko Komanı məşhur yaponiyalı pianoçusu İdaki Shin müşayiət edəcək. Pianoçu deyib ki, Keiko Koma onun ifası altında poemalarını oxuyacaq. Hər bir şeirin tərcüməsi isə Yaşıl Teatr səhnəsinin hər iki tərəfində qurulan böyük ekranlardakı titrlərdə yer alacaq. Konsert üçün bilet satışı nəzərdə tutulmayıb və konsertə giriş sərbəstdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR