Bank Of Baku

Azərbaycan vətəndaşları Plaçido Dominqonun Batumidə keçiriləcək konsertinə getmək imkanı əldə edəcəklər

Azərbaycan vətəndaşları Plaçido Dominqonun Batumidə keçiriləcək konsertinə getmək imkanı əldə edəcəklər
# 14 oktyabr 2010 14:07 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Noyabrın 25-də Batumidə tanınmış tenor Plaçido Dominqonun konserti keçiriləcək. APA-nın Gürcüstan KİV-nə istinədən məlumatına görə, konsertə böyük hazırlıq işləri aparılır. Konserti 5-7 min insan izləyə biləcək, konsertin keçiriləcəyi Pyassa meydanında 1500 oturacaq yerləşdiriləcək.

Konsertdə iştirak etmək istəyənlər üçün xüsusi paketlər hazırlanır, bu paketlər Azərbaycan və Ukraynada da satışa çıxarılacaq. Paketə konsertə bilet (oturacaqlı) 250 lari (111,5 manat), oteldə 35-40 faizli endirimlə qalmaq, restoran və klublarda 15 faizli endirim, eləcədə Batumidə pulsuz tur daxildir. Aviabiletlərə endirimlərin olacağı da istisna deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR