Bank Of Baku

Bakıda Beynəlxalq Caz Festivalının açılış mərasimi keçirilib - FOTOSESSİYA

Bakıda Beynəlxalq Caz Festivalının açılış mərasimi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 16 oktyabr 2010 17:02 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Heydər Əliyev Sarayında növbəti Beynəlxalq Caz Festivalının açılış mərasimi keçirilib.

APA-nın məlumatına görə, mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev , Azərbaycanda musiqinin caz janrına önəm verildiyini və Bakının keçmiş SSRİ zamanında caz paytaxtı adlandırıldığını söyləyib.

Nazir deyib ki, bunun bariz nümunəsi olaraq 7-ci ildir Bakıda caz festivalı keçirilir: “Bu il festivalda müxtəlif ölkələrdən 80-nə yaxın musiqiçi Azərbaycana gəlib”. Bundan sonra mərasim əməkdar artist Həsən Abasquliyevin rəhbərliyi ilə “Arena” caz orkestrinin konserti ilə davam etdirilib.

Qeyd edək ki, festival oktyabrın 30-na kimi davam etdiriləcək. Festival çərçivəsində paytaxtın musiqi salonlarında caz axşamları keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR