Bank Of Baku

Üzeyir Hacıbəylinin “Ər və arvad” operettası 100 il sonra yenidən səhnələşdirilib

Üzeyir Hacıbəylinin “Ər və arvad” operettası 100 il sonra yenidən səhnələşdirilib
# 18 oktyabr 2010 08:59 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Oktyabrın 16-17-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Üzeyir Hacıbəylinin “Ər və arvad” operettasının premyerası keçirilib. APA-nın məlumatına görə, əsər Üzeyir Hacıbəylinin 125, Musiqili Komediya Teatrının isə 100 illik yubileyi münasibətilə səhnələşdirilib. Premyerada çıxış edən teatrşünas, sənətşünaslıq doktoru Məryəm Əlizadə bildirib ki, Şərqin ilk operettası olan və 1909-cu ildə Üzeyir Hacıbəyli tərəfindən qələmə alınan “Ər və arvad” ilk dəfə 1910-cu ildə Musiqili Komediya Teatrının səhnəsində tamaşaya qoyulub. O vaxtdan indiyə qədər, düz 100 il ərzində əsər heç bir teatrın səhnəsində nümayiş olunub. Bu, 100 illik fasilədən sonra “Ər və arvad” operettasının ilk premyerasıdır.

Tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, dirijoru Nazim Hacıəlibəyov, rəssamı Eldar Qurbanov, baletmeysterlər Zakir və Yelena Ağayevlər, xormeyster Vaqif Məstanovdur. Rollarda xalq artistləri İlham Namiq Kamal, Yaşar Nuri, Afaq Bəşirqızı, Fatma Mahmudova, Arif Quliyev, əməkdar artistlər Elçin Həmidov, Əkbər Əlizadə, aktyorlardan Əliməmməd Novruzov, Vüqar Hacıyev, Ülviyyə Əliyeva, Gülcahan Salamova, Ağaxan Şərifov, Hüseyn Əlili çıxış ediblər. “Ər və arvad” operettası premyerada iştirak edən çoxsaylı tamaşaçıların alqışları ilə qarşılanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR