Bank Of Baku

Akademik Opera və Balet Teatrının balet truppasının aparıcı solisti, əməkdar artisti Kamilla Hüseynova Böyük Teatrda təcrübə keçir

Akademik Opera və Balet Teatrının balet truppasının aparıcı solisti, əməkdar artisti Kamilla Hüseynova Böyük Teatrda təcrübə keçir
# 18 oktyabr 2010 11:52 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının aparıcı solisti, Azərbaycanın əməkdar artisti Kamilla Hüseynova Böyük Teatrda təcrübə keçir. Bu Dövlət Akademik Opera və Balet Teatrı ilə Rusiya Dövlət Akademik Böyük Teatrı arasında yaradıcılıq əməkdaşlığı haqqında əldə edilmiş razılıq əsasında həyata keçirilir. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təcrübə müddətində Kamilla Hüseynova Böyük Teatrın aparıcı solistləri ilə birlikdə gündəlik balet dərsləri və trenajlarda iştirak edəcək, tanınmış xoreoqraf-pedaqoqların rəhbərliyi altında klassik balet tamaşalarında ifa etdiyi aparıcı partiyalarda ustalığını təkmilləşdirəcək, həmçinin balet truppasının təşkilati və istehsalat-yaradıcı fəaliyyəti ilə yaxından tanış olacaq və Teatrın balet repertuarını izləmək imkanı əldə edəcək.
Bununla yanaşı, Azərbaycan Opera və Balet Teatrı ilə Böyük Teatr arasında əməkdaşlıq çərçivəsində Böyük Teatrın aparıcı solistləri – həmyerlimiz Çinarə Əlizadə və onun həmkarı Mixail Lobuxin noyabrın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində L.Minkusun “Don Kixot” baletinin tamaşasında iştirak edəcəklər. Hazırda Rusiya Dövlət Akademik Böyük Teatrı və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərlikləri daha böyük yaradıcılıq layihələrini gerçəkləşdirmək üzərində çalışır və bu barədə gələcəkdə ictimaiyyətə məlumat veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR