Bank Of Baku

Azərbaycanlı gənc dirijor Əyyub Quliyev Arturo Toskanini adına dirijorların IX Beynəlxalq müsabiqəsində Qran-Priyə layiq görülüb

Azərbaycanlı gənc dirijor Əyyub Quliyev Arturo Toskanini adına dirijorların IX Beynəlxalq müsabiqəsində Qran-Priyə layiq görülüb
# 18 oktyabr 2010 11:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanlı gənc dirijor Əyyub Quliyev Avropanın nüfuzlu musiqi yarışmalarından biri olan Arturo Toskanini adına dirijorların IX Beynəlxalq müsabiqəsində Qran-Priyə layiq görülüb. Müsabiqə İtaliyanın Parma şəhərində İtaliya prezidentinin himayəsi altında gerçəkləşib. Müsabiqə ilk dəfə olaraq Parmanın “Teatro di Reggio” Opera Teatrının təşkil etdiyi nüfuzlu “Verdi-2010” Opera Festivalı ilə birgə keçirilib. Müsabiqənin əsas təşkilatçıları - Arturo Toskanini Fondu, Jüzeppe Sinopoli Festivalı və Toskanini Filarmonik Orkestri olub. Əyyub Quliyevin APA-ya verdiyi məlumata görə, üç mərhələdən ibarət olan müsabiqəyə 35 ölkədən 171 nəfər dirijor müraciət edib və onlardan yalnız 12 nəfəri 1-ci mərhələyə vəsiqə qazanıb. Tələb olunan şərtlərə əsasən gənc dirijorlar hər mərhələdə Toskanini Filarmonik orkestri ilə Y.Haydn, V.Mosart, L.Bethoven, I.Brams və S.Prokofyevin müxtəlif iri həcmli simfonik əsərlərini hazırlamaqla bərabər, onları konsertdə ifa etmək bacarıqlarını nümayiş etdiribər.

Müsabiqənin 1-ci mərhələsində iştirak edən Amerika, Avstriya, Fransa, İtaliya, Yaponiya, Yunanıstan, Rumıniya, Rusiya, Azərbaycan və Serbiyanı təmsil edən 12 nəfərdən yalnız 4-ü yarımfinala və 2 nəfəri isə finala vəsiqə qazanıb. Oktyabrın 16-da Parmanın məşhur “Paqanini Auditorium” salonunda baş tutan final mərhələsi və konsertdə çıxış edən Keyko Mitsuhani (Yaponiya) 2-ci yerə, Əyyub Quliyev (Azərbaycan) isə 1-ci yerə layiq görülüb. Əyyub Quliyev eyni zamanda, Cüzeppe Sinopoli Fondunun təsis etdiyi baş mükafatla da təltif olunub. Ə. Quliyev müsabiqə tarixində bu nailiyyətə imza atan ilk azərbaycanlı dirijor olub. Gənc dirijorların çıxışlarını dünyaşöhrətli dirijor, professor M.Yurovskinin (Almaniya) sədrlik etdiyi münsiflər heyəti - P.Antonini, P.Minardi, L.Ferrari (Italiya) və M.Ortega Püyol (Ispaniya) qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR