Bank Of Baku

Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində Emil Əfrasiyaboğlunun və Rain Sultanov kvartetinin konserti olub - FOTOSESSİYA

Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində Emil Əfrasiyaboğlunun və Rain Sultanov kvartetinin konserti olub - <font color=red>FOTOSESSİYA</font>
# 19 oktyabr 2010 08:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bakıda keçirilən Beynəlxalq Caz Festivalı çərçivəsində oktyabrın 18-də Emil Əfrasiyaboğlunun konserti keçirilib. APA-nın məlumatına görə, Beynəlxalq Muğam Mərkəzində baş tutan konsertdə azərbaycanlı pianoçu öz bəstələrini də ifa edib. Onu konsert boyunca musiqiçilər Tofiq Cabbarov, İsgəndər Ələsgərov, Ruslan Hüseynov müşayiət edib. Pianoçu əməkdar artist, ud ifaçısı Mircavad Cəfərov, eləcə də xalq artisti Azər Zeynalovla birgə xüsusi musiqi nömrəsi də təqdim edib.
Pianoçunu izləyənlər arasında Azərbaycan Kinematoqrafçılar Birliyinin sədri, xalq yazıçısı Rüstəm İbrahimbəyov, əməkdar artist İlqar Muradov, müğənni Abbas Bağırov, yerli və əcnəbi qonaqlar da olub. Pianoçu həyat yoldaşı, fleyta ifaçısı Əminə Məmmədova ilə birgə çıxış da edib.

Beynəlxalq Muğam Mərkəzində ikinci konsert əməkdar artist Rain Sultanovun kvarteti tərəfindən təqdim olunub. Konsertdə saksofonda Rain Sultanov, pianoda Elçin Şirinov, kontrabas da Ruslan Hüseynov, zərb alətlərində Ramin Sultanov çıxış edib.
Rain Sultanovun rəhbərlik etdiyi kvartetin ifasında caz musiqiləri səslənib. “Maqnoliya” adlı yeni proqram alqışlarla qarşılanıb.

Qeyd edək ki, “Bakı Beynəlxalq Caz Festivalı-2010” Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Mədəniyyət Fondu, “Sweet production”un təşkilatçılığı ilə keçirilir. Festival oktyabrın 30-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR