Bank Of Baku

Moskvada Müslüm Maqomayev adına ulduzun təməli qoyulacaq

Moskvada Müslüm Maqomayev adına ulduzun təməli qoyulacaq
# 19 oktyabr 2010 10:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Moskvada Azərbaycanın dünya şöhrətli müğənnisi Müslüm Maqomayev adına ulduzun təməli qoyulacaq. APA-nın məlumatına görə, ulduzun təməl qoyma mərasimi Müslüm Maqomayevin vəfatının ikinci ildönümü günü, yəni oktyabrın 25-də keçiriləcək. Müslüm Maqomayev adına ulduzun təməli “Veqas” ticarət mərkəzində qoyulacaq. M. Maqomayevin xanımı, tanınmış opera müğənnisi, SSRİ-nin və Azərbaycanın xalq artisti Tamara Sinyavskaya bildirib ki, Müslüm Maqomayev adına
ulduzun açılış mərasimi “Veqas” kompleksində keçiriləcək.

Xatırladaq ki, oktyabrın 23-ü və 24-də Moskvada Müslüm Maqomayev adına Vokalçıların I Beynəlxalq Müsabiqəsi keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR