Bank Of Baku

Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş “Sən olmasaydın...” kitabının təqdimat mərasimi keçirilib - FOTOSESSİYA

Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş “Sən olmasaydın...” kitabının təqdimat mərasimi keçirilib -  <font color=red>FOTOSESSİYA</font>
# 19 oktyabr 2010 16:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın dünya şöhrətli müğənnisi Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş “Sən olmasaydın...” kitabın təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, kitabın müəllifi Azərbaycan Jurnalistlər Birliyinin üzvü, əməkdar mədəniyyət işçisi Fazil Rəhmanzadə, redaktorları xalq artistləri Fidan və Xuraman Qasımovalar, rəssamı Azərbaycanın xalq rəssamı Arif Hüseynovdur.

Tədbirdə çıxış edən müəllif Fazil Rəhmanzadə isə bildirib ki, kitabda esse, oçerk, portret cizgiləri, xatirələr və foto sənədlər toplusu yer alıb: “Rus və Azərbaycan dillərində hazırlanan kitab Müslüm Maqomayevin ucalığını, bütövlüyünü, dərin intellektini özündə əks etdirir. Mən ümid edirəm ki, bu kitab Müslim Maqomayev səsinin və şəxsiyyətinin pərəstişkarları üçün layiqli bir töhfədir”.

Təqdimat mərasimində Azərbaycanın xalq artistləri Fidan və Xuraman Qasımovalar, Eldar Quliyev, Azərbaycan Rəssam İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, Ombudsman Elmira Süleymanova, əməkdar artist Rəşidə Behbudova və başqa tanınmış şəxslər iştirak ediblər.

Qeyd edək ki, müəllifin sayca 31-ci kitabı olan “Sən olmasaydın...” “Ziya” nəşriyyatında çap olunub. F. Rəhmanzadə Nəsibə Zeynalova, Şəmsi Bədəlbəyli, Zeynəb Xanlarova, Lütfiyar İmanov, Tahir Salahov və başqa tanınmış şəxslərlə bağlı kitabların müəllifidir.

Xatırladaq ki, M. Maqomayev 2008-ci il oktyabrın 25-də vəfat edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR