Bank Of Baku

Azərbaycanlı aktrisa Fatma Mahmudova Türkiyənin “Qarabağ-Azərbaycan-İstanbul” Teatrına dəvət alıb - FOTO

Azərbaycanlı aktrisa Fatma Mahmudova Türkiyənin “Qarabağ-Azərbaycan-İstanbul” Teatrına dəvət alıb - <font color=red>FOTO </font>
# 20 oktyabr 2010 10:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən Türk Cümhuriyyətləri Birliyi Koordinasiya Mərkəzinin nəzdində “Qarabağ-Azərbaycan-İstanbul” Teatrı yaradılıb. Teatrın tamaşalarında iştirak etmək üçün türk aktyorlarla yanaşı, Azərbaycan sənətçiləri də dəvət olunublar. Musiqili Komediya Teatrının aktrisası, uzun illər Ağdam Dövlət Dram Teatrında çalışmış xalq artisti Fatma Mahmudova da bu məqsədlə İstanbula dəvət edilib. Musiqi Komediya Teatrının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, o, teatrın ilk tamaşasında ana surətini yaradacaq. Xalq artisti Fatma Mahmudova yeni tamaşanın məşqlərində iştirak etmək üçün bu gün İstanbula Məlumatda bildirilib ki, bu özəl qurum qardaş Türkiyədə Azərbaycan mədəniyyətinin təbliğinə xidmət göstərməklə, Qarabağ həqiqətlərini dünyaya yaymaqda müəyyən rol oynayacaq.

Qeyd edək ki, Fatma Mahmudova 1968-ci ildə Ağdam Dövlət Dram Teatrında aktrisa kimi yaradıcılıq fəaliyyətinə başlayıb. İstedadlı aktrisa bu teatrda özünəməxsus obrazlar yaratmağa nail olub. “Dağılan Tifaq”da Sona xanım, “Fərhad və Şirin”də Məryəm, “Solğun Çiçəklər”də Sara, “Qaçaq Nəbi”də Həcər, “Təhminə və Zaur”da Təhminə, “Qismət”də Ana və bu kimi digər obrazlar yaradıb. Aktrisa 1994-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR