Bank Of Baku

“Kamança” filmi tezliklə təhvil veriləcək - FOTO

“Kamança” filmi tezliklə təhvil veriləcək - <font color=red>FOTO</font>
# 21 oktyabr 2010 07:43 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən “Kamança” filmi üzərində son tamamlama işləri gedir. “Debüt” studiyasında hazırlanan filmin rejissoru Ruslan Hüseyninin APA-ya verdiyi məlumata görə, hazırda ekran əsəri səsləndirilmə mərhələsindədir: “Sentyabr ayında filmin hazırlıqları başladı. Çəkilişlərimiz 10 gün ərzində Ağsuda gerçəkləşdi. Filmin montaj prosesi də yekunlaşıb. Tezliklə filmi təhvil verəcəyik”.
Rejissorun sözlərinə görə 27 dəqiqəlik film tragikomediya janrında ekranlaşdırılıb: “Bu yüngül yox, düşündürən gülüşdür. Qəhrəmanımız fağır, məqsədsiz bir insan olsa da, filmin sonrakı gedişatı onu bəzi seçimlər qarşısında qoyur”.
Filmin ssenari müəllifi Əjdər Ol, operatoru Əli Sultanov, redaktoru Ayla Osmanova, direktoru Vladimir Dudniçenko, bədii rəhbəri isə Eldar Quliyevdir. Filmdə baş rollarda Qurban İsmayılov, Almaz Amanova, Loğman Kərimov çəkilirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR