Bank Of Baku

Fərhad Bədəlbəyli: “Bakı Caz Festivalı kimi yüksək səviyyəli konsertdə olan tamaşaçı azlığı məndə təəssüf doğurur”

Fərhad Bədəlbəyli: “Bakı Caz Festivalı kimi yüksək səviyyəli konsertdə olan tamaşaçı azlığı məndə təəssüf doğurur”
# 21 oktyabr 2010 09:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Bakıda keçirilən Beynəlxalq Caz Festivalının proqramı çox maraqlıdır. Təəccüblənirəm ki, bizim tamaşaçılar bu cür konsertlərə niyə belə yanaşır?”. Bu sözləri APA-ya açıqlamasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli deyib. Xalq artisti qeyd edib ki, bəzi üçüncü növ ifaçıların konsertlərinə biletlər bir neçə gün öncədən satılıb qurtardığı halda, dünya ulduzlarının konsertlərində biletlər az satılır: “Bu cür yüksək səviyyəli və zövqlü konsertlərdə zalın dolmaması və tamaşaçı azlığı məndə təəssüf doğurur. Bizim xalqın zövqünün formalaşması mütləqdir”.

Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva APA-ya açıqlamasında deyib ki, Azərbaycanın paytaxtında oktyabrın 16-dan start götürmüş “Bakı Beynəlxalq Caz Festivalı -2010” uğurla davam etdirilir. Şöbə müdiri qeyd edib ki, hər il ənənəvi olaraq keçirilən caz festivalı çərçivəsində iştirak etmək istəyən bütün caz musiqiçiləri üçün şərait yaradılır: “Hansı caz ifaçısı bu festivalda iştirak etmək üçün bizə müraciət edirsə, biz bu imkanı yaradırıq. Ola bilər ki, bu festival çərçivəsində proqrama kimsə salınmayıb, hər il eyni proqramı təqdim etmək düzgün olmaz. İştirak edə bilməyənlərə növbəti il şərait yaradacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR