Bank Of Baku

Naxçıvan Dövlət Musiqili Dram Teatrının kollektivi Azərbaycanın qərb bölgəsinə qastrola gedir

Naxçıvan Dövlət Musiqili Dram Teatrının kollektivi Azərbaycanın qərb bölgəsinə qastrola gedir
# 21 oktyabr 2010 10:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının kollektivi oktyabrın 22-dən 27-nə qədər Azərbaycanın qərb bölgəsində qastrol səfərində olacaq.

APA-nın məlumatına görə, teatrın və Regionların İnkişafı İctimai Birliyinin birgə layihəsi əsasında həyata keçirilən səfər zamanı şair-dramaturq Nəriman Həsənzadənin iki hissəli “Atabəylər” tarixi dramı bölgə tamaşaçılarına təqdim olunacaq.

Tamaşanın rejissorları Azərbaycanın xalq artistləri Mərahim Fərzəlibəyli və Kamran Quliyevdir. K.Quliyev həm də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru və bədii rəhbəridir.

Rolları Azərbaycanın xalq artistləri Tofiq Mövləvi, Rövşən Hüseynov, Həsən Ağasoy, Şirzad Abutalıbov, Rza Xudiyev, əməkdar artistlər Elmira Kərimova, Xəlil Hüseynov, Vidadi Rəcəbli, Yusif Allahverdiyev və Naxçıvan MR-in əməkdar artisti Günay Qurbanova ifa edirlər.

Teatrın kollektivi oktyabrın 22-də Gəncədə, 23-də Qazaxda, 25-də Gədəbəydə, 26-da Şəmkirdə çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR