Azərbaycanın xalq artisti Zemfira Nərimanova: “İstərdim ki, teatrımız yenə o teatr olaydı” - MÜSAHİBƏ
- Akademik Milli Dram Teatrında təmir yekunlaşıb. Yəqin, yeni tamaşalarınız olacaq...
- Yeni tamaşalarımın olub-olmayacağını deyə bilmərəm, çünki bu məndən asılı deyil. Bildiyiniz kimi, teatrda rəhbərlik dəyişib və deyilənə görə, islahatlar olmalıdır. Teatrın binası təhvil verilib. Mənim üçün əsas odur ki, tamaşa olsun və mən bir aktrisa kimi öz borcumu yerinə yetirim, oynayım, xalq da bizim tamaşalara gəlsin.
- Neçə müddətdir, Sizi səhnədə, efirdə görmürük...
- Doğrudur, tamaşalarda çox az-az oynayıram. Amma bir misal çəkim, şir ildə bir dəfə doğulur, siçan isə gündə birini doğur. Düşünürəm ki, şir kimi ildə birini, ancaq layiqlisini doğmaq lazımdır. Yəni, bir tamaşam olsun, ancaq sanballı, yüksək səviyyədə olsun, yaxşı mənada səs-küy yaratsın, rezonans doğursun. Yaxşı bilirsiniz ki, mən illərdir, efirə çıxmıram, heç kimə müsahibə vermirəm. Lakin bu o demək deyil ki, məni dəvət etmirlər. Məni görən hər kəs harada olduğumu soruşur. Baxmayaraq ki, beş ilə yaxındır, efirlərə çıxmıram, amma tamaşaçı məni yenə də sevir. Bu o deməkdir ki, mən nə isə eləmişəm, öz sənətimdə nəyəsə nail olmuşam. Mən elə-belə efirlərə çıxmağı, müsahibələr verməyi xoşlamıram. Düşünürəm ki, sözüm olsun, çıxım danışım.
- Belə çıxır ki, beş ildir, sözünüz yoxdur?
- Gördüyünüz kimi... Teatrda təmir gedirdi, mən Bakıda yox idim, sonra qayıtdım gəldim. Bir-iki tamaşam oldu. “Anlaşılmazlıq” və “Körpüdən mənzərə” tamaşalarında oynadım. Bilirsiniz, əsas odur ki, oynadığım tamaşadan özüm utanmamalıyam. Əsas odur ki, tamaşaçı zorla gətirilməsin tamaşaya, düşünməsin ki, “filan qədər pul vermişəm, amma tamaşaya bax, vaxtımı itirirəm”. Mən bunu bacarmıram, xoşlamıram da. Düşünürəm ki, yaxşı tamaşalarım olacaq. Fikrimcə, insan harada çalışırsa çalışsın, ilk növbədə özünə hörmət etməlidir, öz işini ləyaqətlə yerinə yetirməlidir.
- Yəqin məlumatlısınız ki, Akademik Milli Dram Teatrında bütün kollektiv işdən çıxarılacaq və işə yenidən müsabiqə yolu ilə qəbul həyata keçiriləcək. Bu hal Sizdə həyəcan, yaxud qorxu yaratmır ki?
- Qətiyyən... Çünki mən artıq özümü sübut və təsdiq etmiş aktrisayam. Respublikanın xalq artistiyəm, prezident mükafatçısıyam. Mənim gözəl obrazlarım olub. Bəlkə də islahatların olması vacibdir. Çünki teatrda mütləq yeni nəfəs olmalıdır. Bu cür gözəl və dünya standartlarına cavab verən bina təhvil verilib, bu binaya köhnə tamaşalarla girmək olmaz. İncəsənətin özündə kökündən islahatlar olmalıdır. Mən bu islahatların müsbət nəticə verəcəyinə inanıram. Bizim yeni direktorumuz vədlər verib və biz o vədlərə inanırıq. Ümid edirik ki, bu vədlər yerinə yetiriləcək. Biz hər birimiz bu iş üçün çalışırıq və hər zaman kömək eləməyə hazırıq. Bilirik ki, yaradıcı heyət buraxılacaq və dekabr ayında müsabiqə yolu ilə kimsə qalacaq, kimsə gedəcək. Bu hal məni qorxutmur, çünki sənətimə və illərimə güvənirəm.
- Teatrın rejissorları Bəhram Osmanov və Azərpaşa Nemətovun öz ərizələri ilə işdən çıxmalarına münasibətiniz necədir?
- Bu onların öz seçimi olub. Onları heç kəs işdən çıxmaq üçün divara dirəməmişdi, bunu öz istəkləri ilə ediblər. Əgər həmin rejissorları bizim teatrda tamaşa qoymağa dəvət edəcəklərsə, yenə də gələcəklər. Amma mən hesab edirəm ki, bu çətin vəziyyətdə bizi tərk etmək düzgün deyildi. Batan gəmini tez tərk edənlər kimi... Axı biz batmırdıq, niyə bizi tərk etdilər. Əgər indi yeni tamaşalar yoxdursa, demək hələlik yeni tamaşa qoymaq mümkün deyil. Buna da vaxt lazımdır. Mən inanıram ki, hamımız kimi Bəhram da, Azərpaşa da bu teatrı çox sevir, amma yəqin onların başqa işləri var, gedib başqa teatrlarda öz işlərini görürlər.
- Akademik Milli Dram Teatrının aktrisası kimi başqa teatrlarda müqavilə ilə çalışmağa razı olarsınız?
- Biz həmişə müqavilə ilə çalışmışıq, müqavilə hər zaman olub, indi də var. Mərhum Həsənağa Turabovun zamanında da biz müqaviləyə imza atırdıq. Hər məzuniyyətdən əvvəl müqavilə pozulurdu, məzuniyyət bitdikdən sonra yenidən teatrda işləmək üçün müqavilə bağlanırdı. Olur ki, bir aktyor tamaşalarda çox çıxış edir, digər aktyor isə heç nə eləmir. Birinin üzərinə çox yük düşür, o birinin üzərinə heç nə düşmür. Elə özü üçün gəzir, nə vaxt istəyir, gəlir-gedir. Yəqin ki, islahatlar aparılarkən bunlar nəzərə alınacaq.
- Ümumiyyətlə, teatrda nədir Sizi qane etməyən?
- Mən çox şeyi bəyənmirəm. Yox, mən özümdən razı deyiləm. Ancaq düşünürəm ki, sənətimə qiymət verirəm və bir az sənətimdə böyümüşəm. Mən mərhum Tofiq Kazımov tərəfindən teatra üçüncü kursdan dəvət almışam. İnstitutda təhsil ala-ala teatrda çalışırdım, televiziya tamaşalarında oynayırdım. Görkəmli rejissorlarla - Mehdi Məmmədov, Tofiq Kazımovla işləmişəm. Gözəl sənətkarla tərəf müqabili olmuşam. Teatrımızın adət-ənənələri var idi. İstərdim, o adət-ənənələr qayıtsın. Bir az bəlkə nəyisə saxlamışıq. Direktorumuz söz verib ki, köməkləşib o adət-ənənələri bərpa edəcəyik. İstəyirəm, o adət-ənənələr olsun, tamaşaçı teatra gələndə təəssüflənməsin, bunu istəyirəm. Təmirdən qabaq teatra girmək istəmirdim. Nə isə elə bil hər şey yad idi mənə. O qədər adət-ənənələr itmişdi ki... Hökümə Qurbanova, Leyla Bədirbəyli, Məlik Dadaşov, Möhsün Sənani, Həsənağa Turabov, Səməndər Rzayev, Hamlet Xanızadə... Görün mən kimlərlə işləmişəm. Ona görə istərdim ki, teatrımız yenə o teatr olaydı. Bizim çox güclü aktyor potensialımız var. İstəyirəm cavanlar da belə olsun. Ümidvaram ki, teatrımız yenə də həmin gözəl teatra çevriləcək.
- Teatrda yeni tamaşalar hazırlanırmı?
- Hazırda “Hökmdar və qızı” tamaşasının yeni üslubda və yeni heyətlə məşqləri gedir, tamaşaya hazırlanır. Mən bu tamaşada yoxam, elə əvvəldən yox idim. Ümumiyyətlə, tamaşanın heyətində ciddi dəyişikliklər olub və ümidvaram ki, yaxşı tamaşa alınacaq. Mən isə köhnə tamaşalarda, “Körpüdən mənzərə”də oynayıram. İndi deyirlər ki, guya Axundovun “Lənkəran Xanının vəziri”ni hazırlayacaqlar. Gələcək planlar çoxdur, ancaq hələlik konkret rol təklifi almamışam.
İncəsənət
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB-2 - FOTO
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində keçiriləcək
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb - YENİLƏNİB
Xəbər Lenti
ABŞ İspaniyadakı aviabazanın modernləşdirilməsinə 100 milyon dollara qədər vəsait xərcləyəcək
İran gəmilərin Hörmüz boğazından rüsum ödəməklə keçdiyini iddia edir
Şimali Kipr sahillərində göyərtəsində 267 nəfər olan gəmi batıb, 237 nəfər xilas edilib, 7 nəfər ölüb- YENİLƏNİB-3
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Nepal və Çində daşqında ölənlərin sayı 768 nəfərə çatıb - YENİLƏNİB
İslandiyada Avropa İttifaqına üzvlüyün əleyhdarları referendumda qalib gəlib
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL
Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək
Hikmət Hacıyev: Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib
Prezidentin köməkçisi: Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi humanitar və milli əhəmiyyətli məsələ olaraq qalır
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər
Türkiyə və Somali piratlara qarşı birgə əməliyyat keçirib, 14 nəfər öldürülüb
KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək
Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir - YENİLƏNİB
Politico: Rusiya Kiyevə və Çerniqova quru hücumlarına hazırlaşır
Kürdəmirdə yol qəzasında 5 nəfər xəsarət alıb
"Manset.az" xəbər portalının yerləşdiyi redaksiya binasında yanğın baş verib - FOTO