Bank Of Baku

Türkiyənin tanınmış müğənnisi Azərbaycan Silahlı Qüvvələri qarşısında konsert proqramı ilə çıxış edəcək

Türkiyənin tanınmış müğənnisi Azərbaycan Silahlı Qüvvələri qarşısında konsert proqramı ilə çıxış edəcək
# 21 oktyabr 2010 12:58 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Türkiyənin tanınmış müğənnisi, vətənpərvər mahnıların ifaçısı kimi tanınan Mustafa Yıldızdoğan Azərbaycan Silahlı Qüvvələri qarşısında konsert proqramı ilə çıxış edəcək. APA-nın məlumatına görə, M.Yıldızdoğan bununla əlaqədar olaraq oktyabrın 29-da Azərbaycana gələcək. Türkiyəli müğənni əməkdar artist Azərinlə birgə Azərbaycan Daxili Qoşunlarında və Müdafiə Nazirliyinin cəbhə xəttindəki hərbçi hissələrinin birində konsert proqramı ilə çıxış edəcək. Türkiyənin Azərbaycandakı Hərbi Attaşeliyi konsertin keçirilməsinə icazənin verilməsi üçün Azərbaycanın müvafiq qurumlarına rəsmi məktubla müraciət edib və razılıq əldə olunub. Mustafa Yıldızdoğanın səfəri oktyabrın 31-də başa çatacaq.

Qeyd edək ki, bundan əvvəl ötən il Azərin Türkiyənin antiterror əməliyyatları aparılan bölgələrində hərbçilər qarşısında konsert proqramları ilə çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR