Bank Of Baku

Müslüm Maqomayevin vəfatının ildönümü ilə əlaqədar anım tədbiri keçiriləcək

Müslüm Maqomayevin vəfatının ildönümü ilə əlaqədar anım tədbiri keçiriləcək
# 22 oktyabr 2010 12:08 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın dünya şöhrətli müğənnisi Müslüm Maqomayevin vəfatının ikinci ildönümü ilə əlaqədar xatirə gecəsi keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat katibi İltifat Hacıxanoğlu məlumat verib. O bildirilib ki, M. Maqomayevin vəfatı günü Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri I Fəxri Xiyabanda dahi sənətkarın məzarını ziyarət edəcəklər. Ziyarətdən sonra isə Azərbaycan Bəstəkarlar İttifaqının Konfrans salonunda həmkarları Müslüm Maqomayev haqqında xatirələrini bölüşəcəklər.

Qeyd edək ki, Müslüm Maqomayev 2008-ci il oktyabrın 25-də vəfat edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR