Bank Of Baku

Vasif Adıgözəlovun anadan olmasının 75 illiyi münasibəti ilə silsilə tədbirlər keçiriləcək

Vasif Adıgözəlovun anadan olmasının 75 illiyi münasibəti ilə silsilə tədbirlər keçiriləcək
# 22 oktyabr 2010 12:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Xalq artisti, dövlət mükafatı laureatı, professor Vasif Adıgözəlovun anadan olmasının 75 illiyi münasibəti ilə silsilə tədbirlər həyata keçiriləcək. Bu münasibətlə oktyabrın 30-da bəstəkarın Azərbaycan Dövlət Musiqili Komediya Teatrında səhnəyə qoyulan “Aldın payını, çağır dayını” (libretto müəllifi Anar) tamaşası nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşada əsas rollarda xalq artisti Fatma Mahmudova, əməkdar artistlər Gülnar Salmanova, Ramiz Məmmədov və Əkbər Əlizadə, aktyorlardan Novruz Qartal, Nahidə Orucova, Gülçöhrə Abdullayeva, Nərgiz Kərimova, Fərid Əliyev və başqaları çıxış edəcəklər. Orkestrin dirijor pultu arxasında isə əməkdar artist Ziya Bağırov dayanacaq.
Həmin gün eyni zamanda, bəstəkarın həyat və yaradıcılığı barədə sənətşünaslıq namizədi, musiqişünas Ceyran Mahmudovanın tamaşa öncəsi çıxışı və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi tərəfindən hazırlanmış “Vasif Adıgözəlov - 75” sərgisinin nümayişi də planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR