Bank Of Baku

Muzey Mərkəzində “7-ci mərtəbə” adlı sərgi açılıb - FOTOSESSİYA

Muzey Mərkəzində “7-ci mərtəbə” adlı sərgi açılıb - <font color=red>FOTOSESSİYA</font>
# 22 oktyabr 2010 14:38 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Muzey Mərkəzində “7-ci mərtəbə” adlı sərgi açılıb və eyni adlı kataloqun təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərgidə təqdim olunan əsərlərin yüksək dəyərə malik olduğunu vurğulayıb: “Azərbaycan Rəssamlar İttifaqının Bakı şəhəri, İstiqlal küçəsi, 31 ünvanında yerləşən binanın 7-ci mərtəbəsində yaradıcılıq fəaliyyəti ilə məşğul olan rəssamlar incəsənətimizin xəzinəsinə öz layiqli töhfələrini verir, keçirilən bir çox beynəlxalq və respublika əhəmiyyətli sərgilərdə iştirak edərək, milli mədəniyyətimizin təbliğinə xidmət göstərirlər. Azərbaycan və dünya təsviri sənətinin ənənələrindən yaradıcı surətdə faydalanan bu rəssamlar şərti olaraq “7-ci mərtəbə rəssamları” adlandırılır. Bu sərginin təşkilində məqsədimiz səmərəli bədii yaradıcılıq fəaliyyətlərini, təsviri sənətin inkişafına göstərdikləri xidmətləri, rəssamların yaradıcılığının təbliği və əsərlərinin geniş tamaşaçı auditoriyasına təqdim etməkdir”.
Tədbirdə bildirilib ki, sərginin adı şərti olaraq, rəssamların emalatxanalarının yerləşdiyi 7-ci mərtəbədən götürülüb. Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov bildirib ki, hər bir rəssamın əsərlərindəki fərqli rənglər, obrazlar, hiss və duyğular Azərbaycan incəsənətinin ənənələrinin zənginliyindən, müasir rəssamlarımızın geniş dünyagörüşü, incə zövqü və məharətindən xəbər verir. Sərgi oktyabrın 28-dək davam edəcək.

Sərgidə Namiq Məmmədov, Tofiq Qəzənfərov, Yavər Sultanov, Rüfət Salamov, Məmməd Mustafayev, Hüseyn Haqverdiyev, Anar Hüseynzadə, Emin Əsgərov, Nadir Bayrışov, Fikrət İbrahimli, Elxan Muradzadə, Aydın Tağıyev, Tarverdi Quliyev, Natiq Səfərov, Bəhram Xəlilovun əsərləri nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR