Bank Of Baku

Görkəmli Azərbaycan rəssamı Böyükağa Mirzəzadənin yaradıcılığına həsr olunmuş bədii albomun təqdimat mərasimi keçirilib

Görkəmli Azərbaycan rəssamı Böyükağa Mirzəzadənin yaradıcılığına həsr olunmuş bədii albomun təqdimat mərasimi keçirilib
# 23 oktyabr 2010 10:04 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Xalq Əmanəti” layihəsinin ilk buraxılışı görkəmli rəngkar, xalq rəssamı Böyükağa Mirzəzadəyə həsr olunub. APA-nın məlumatına görə, oktyabrın 22-də “Xalq Bank” ASC-nin Baş Ofisinin rəsm qalereyasında Böyükağa Mirzəzadənin yaradıcılığına həsr olunmuş bədii albomun təqdimat mərasimi və rəssamın əsərlərindən ibarət sərginin açılışı keçirilib. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev deyib ki, “Xalq” Bankı tərəfindən xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, bu dəyərlərin dünyaya tanıdılması məqsədilə "Xalq Əmanəti" layihəsi həyata keçirilir.
Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov bu layihə çərçivəsində Azərbaycan mədəniyyətinin ən müxtəlif nümunələri, söz, rəngkarlıq, musiqi, memarlıq, elm və digər sahələrdə özünəməxsus irs qoyub getmiş sənətkarlarımızın həyat və yaradıcılığı haqqında məlumatlar, onların qiymətsiz əsərlərinin nəşr edilərək, sənətsevərlərin ixtiyarına veriləcəyini qeyd edib.
Sərgidə rəssamlar Arif Hüseynov və Oqtay Sadıqzadə Böyükağa Mirzəzadə yaradıcılığının ucalığından söz açıblar. Çıxışçılar Böyükağa Mirzəzadənin Azərbaycan rəssamlıq məktəbində özünəməxsus iz qoyduğunu diqqətə çatdırıblar.
Tədbirdə Böyükağa Mirzəzadənin tabloları da nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR