Bank Of Baku

Moskvada Müslüm Maqomayev adına I Beynəlxalq Musiqi Müsabiqə keçirilib

Moskvada Müslüm Maqomayev adına I Beynəlxalq Musiqi Müsabiqə keçirilib
# 25 oktyabr 2010 08:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Moskvada Müslüm Maqomayev adına I Beynəlxalq Musiqi Müsabiqəsi keçirilib. APA-nın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, müsabiqədə I yeri Azərbaycan və Belarus baritonları Cavid Səmədov və İlya Silçukov qazanıb. Müsabiqədə ikinci yeri də azərbaycanlı tenor Samir Cəfərov qazanıb. Yarışmada III yeri Belarus müğənnisi Oksana Volkova və müsabiqənin ən gənc iştirakçısı 19 yaşlı rus baritonu Dmitriy Trifonov bölüşdürüblər. Müsabiqə iki mərhələdə - öncə opera, sonra estrada janrında keçirilib. Müsabiqənin proqramına M. Maqomayevin ifa etdiyi əsərlər də daxil edilib.

Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskayanın rəhbərlik etdiyi münsiflər heyətində müğənnilər Yelena Obraztsova və Tamara Qverdtsiteli, maestro Yuri Başmet, bəstəkarlar Aleksey Rıbnikov və Mişel Leqran, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli təmsil olunub. Müsabiqənin “Qran-pri”si 30 min ABŞ dolları, birinci mükafat 15 min dollar, ikinci mükafat 10 min dollar, üçüncü mükafat 5 min dollar təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR