Bank Of Baku

Xalq yazıçısı Elçinin “Cəhənnəm sakinləri” tamaşasının premyerası keçiriləcək

Xalq yazıçısı Elçinin “Cəhənnəm sakinləri” tamaşasının premyerası keçiriləcək
# 25 oktyabr 2010 12:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Noyabrın 1-də Şuşa Dövlət Musiqili Dram Teatrında xalq yazıçısı Elçinin “Cəhənnəm sakinləri” tamaşasının premyerası keçiriləcək. Teatrdan APA-ya verilən məlumata görə, tamaşa Şuşa Dövlət Musiqili Dram Teatrı kollektivinin ifasında Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsində baş tutacaq. Tamaşanın quruluşu rejissor Elşən Zeynallı, rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Firudin Bağıroğludur. Rollara Büstəxanım Zeynalova, İqra Salamov, Rauf Şahsuvarov və başqaları iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR