Bank Of Baku

Türkiyədə İlhamə Quliyevanın “Durnalar” mahnısına klip çəkilib

Türkiyədə İlhamə Quliyevanın “Durnalar” mahnısına klip çəkilib
# 25 oktyabr 2010 12:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın xalq artisti İlhamə Quliyeva Türkiyə səfərindən qayıdıb. Müğənninin mətbuat katibi Faiq Ələkbərli APA-ya bildirib ki, İstanbul Azərbaycanlıları Kültür və Sənət Mərkəzində İlhamə Quliyeva ilə görüş keçirilib. Səfər çərçivəsində “TMB” kanalı müğənniyə hədiyyə klip çəkib. Klip sözləri Cəlal Qurbanova, musiqisi Gövhər Həsənzadəyə aid olan “Durnalar” mahnısına çəkilib. Ssenariyə əsasən, klip İstanbulun bir sıra qədim məkanlarında və digər yerlərdə çəkilməliymiş. Lakin İlhamə Quliyeva dənizi çox sevdiyi üçün çəkilişlərin dəniz kənarında aparılmasını istəyib. Onun istəyi nəzərə alınaraq, klip İstanbulda dəniz kənarında lentə alınıb.

Qeyd edilib ki, İlhamə Quliyeva Türkiyədə konsert vermək üçün bir sıra təkliflər alıb. Xalq artisti bu konsert proqramlarını gerçəkləşdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR