Bank Of Baku

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Karmen” operasının tamaşası keçirilib - FOTO

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Karmen” operasının tamaşası keçirilib - <font color=red>FOTO </font>
# 25 oktyabr 2010 15:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında J.Bizenin “Karmen” operasının tamaşası keçirilib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, operanın nümayişi anşlaqla baş tutub. Məlumatda bildirilir ki, Opera və Balet Teatrı rəhbərliyinin xarici ölkələrin opera teatrlarında çalışan həmyerlilərimizlə yaradıcılıq əlaqələri qurulması çərçivəsində keçirilən bu tamaşada baş rolu – Karmen partiyasını ifa etmək üçün Sankt-Peterburqun Mariinski adına Dövlət Akademik Opera və Balet Teatrının gənc solisti Reqina Rüstəmova dəvət olunub. Tamaşanı Rusiyanın əməkdar incəsənət xadimi, Sankt-Peterburq hökumətinin incəsənət və mədəniyyət xadimləri üçün təsis etdiyi mükafatın laureatı, professor Andrey Anixanov idarə edib.
Tamaşada əməkdar artistlər Həsən Enami (Xoze) və Əvəz Abdullayev (Eskamilio) və Vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsinin qalibi Fəridə Məmmədova (Mikaella) da çıxış ediblər. Tamaşadan sonra dirijor Andrey Anixanov tamaşanın çox gözəl alındığını qeyd edib: “Solistlərin və orkestrin professional səviyyəsindən razıyam. Sizin Teatrın yaradıcı fəaliyyətində iştirak etməyi özüm üçün böyük şərəf hesab edirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR