Bank Of Baku

Azərbaycan Moskvada keçiriləcək “Kukla sənəti“ adlı ilk beynəlxalq sərgidə təmsil olunacaq – FOTO

Azərbaycan Moskvada keçiriləcək “Kukla sənəti“ adlı ilk beynəlxalq sərgidə təmsil olunacaq – <font color=red>FOTO </font>
# 26 oktyabr 2010 13:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Oktyabrın 29-dan 31-dək Moskvada “Kukla sənəti“ adlı ilk beynəlxalq Moskva sərgisi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi, Muzey Mərkəzinin dəstəyi və “Dünya Kuklaları” Mədəni Fondunun dəvəti ilə sözügedən sərgidə Azərbaycan da təmsil olunacaq. Muzey Mərkəzindən APA-ya verilən məlumata görə, sərgidə bir sıra beynəlxalq mükafatlar laureatı, tanınmış ustalar Pərviz Hüseynov və İrina Qundorina iştirak edəcəklər. Azərbaycanlı kukla ustaları, həmçinin sərgi çərçivəsində keçiriləcək müsabiqənin münsiflər heyətində təmsil olunacaqlar.
Azərbaycan ilk dəfə olaraq belə bir sərginin münsiflər heyətində təmsil olunur və Muzey Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyi adından “İlin kuklası”, “Fushion doll” eklektika stilində ən yaxşı işə görə mükafatlar veriləcək. Sərginin açılışına Azərbaycanın Rusiyadakı səfirliyinə də dəvət göndərilib.
Qeyd edək ki, Pərviz Hüseynov “Kukolnie master” jurnalının xüsusi müxbiridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR