Bank Of Baku

Gürcüstanın tanınmış sənətçisi Vaxtanq Kikabidze Bakıda konsert proqramı ilə çıxış edəcək

Gürcüstanın tanınmış sənətçisi Vaxtanq Kikabidze Bakıda konsert proqramı ilə çıxış edəcək
# 27 oktyabr 2010 12:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Noyabrın 21-də Gürcüstanın tanınmış sənətçisi Vaxtanq Kikabidze Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək. Heydər Əliyev Sarayının mətbuat katibi Anar Fərəczadənin APA-ya verdiyi məlumata görə, Azərbaycanda sevilən və çoxsaylı pərəstişkarları olan gürcüstanlı müğənni Bakı səhnəsində tam yeni proqramla çıxış edəcək. Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçiriləcək konsertdə Vaxtanq Kikabidze populyar və sevilən mahnıları əsasən rus dilində ifa edəcək.
Konsertin biletlərinin qiyməti yaxın vaxtlarda məlum olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR