Bank Of Baku

Rəssam Adil Ələkbərovun sərgisi açılıb – FOTOSESSİYA

Rəssam Adil Ələkbərovun sərgisi açılıb – <font color=red>FOTOSESSİYA </font>
# 27 oktyabr 2010 15:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Vəcihə Səmədova adına Mərkəzi Sərgi Salonunda mərhum rəssam Adil Ələkbərovun sərgisinin açılışı keçirilib. APA-nın məlumatına görə, sərgidə çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov Adil Ələkbərovun yaradıcılığının özünəməxsusluğundan danışıb: “Adil Ələkbərov bütün ömrünü yaradıcılığa həsr edib. Onu hətta müəyyən cəhətlərinə görə öz əsərinə də bənzədirlər. Daima yaradıcılıq eşqi ilə alışıb-yanan bu insanı heç kim fikrindən döndərə bilməzdi. Öz həyat və sənət prinsiplərinə daima sadiq qalan sənətkar idi”.
Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov, Altay Hacıyev, əməkdar rəssam Ənvər Qarayev, eləcə də mərhum sənətkarın ailə üzvləri Adil Ələkbərovun Azərbaycan monumental sənətinin sonuncu nümayəndəsi olduğunu bildiriblər.
Sərgidə rəssamın “Karusel”, “Genosid”, “Vojd”, “Qız qalası”, “Bakı komissarları”, “İran Allahı” və digər əsərləri nümayiş etdirilir.
Tədbir iştirakçılarına Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşəbbüsü ilə hazırlanan “Çətin həyatımın sadə ümidləri” adlı kataloq təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR